Oğlanqala

OĞLANQALA

oglanq

Oğlanqalanın bərpa layihəsi.

 

Şərur r-nunda e. ə. 2–1-ci minilliklərə aid yaşayış yeri. Arpaçay sahilindəki Qaratəpə dağındadır. Sah. 40 ha. Mədəni təbəqənin qalınlığı 4 m-dən artıqdır. 350 m2 sahədə qazıntı aparılmışdır. Yaşayış yeri müdafiə divarı ilə əhatələnmişdir. Divarlar uz. 1,5–3 m, qalınlığı isə 1 m-dən çox olan kobudyonulmuş nəhəng daşlardan tikilmişdir (bu baxımdan abidə çox vaxt siklop tikililərinə aid edilir). Divarların bəzi yerlərin də üstüstə qoyulmuş 4 cərgə daş qalmışdır. Dağın c.-q.-ndə kiçik bürclərə oxşar yarımdairəvi tikililər var.

365

Oğlanqalanın müdafiə divarları.

Tikinti üslubuna görə O. assurların dağ qalalarına oxşayır. O.-nın mərkəzindəki düz meydançada (sah. 70x100 m) Narınqala inşa edilmişdir. N.-da aparılan qazıntılar zamanı sütunlarla əhatələnmiş sarayın qalıqları aşkar olunmuşdur. Aşkar olunmuş materialların əksəriyyəti boz və çəhrayı rəngli saxsı məmulatından (boz rəngli gil qabların bəzisinin tərkibin də Eneolit mədəniyyəti üçün xarakterik olan saman qarışısına təsadüf edilmişdir) ibarətdir. O.-dan e. ə 1-ci minilliyin 2-ci yarısı–eramızın 1–2 əsrlərinə aid tufdan hazırlanmış dəndaşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və s. maddi mədəniyyət materialları da toplanmışdır. Əlverişli təbii-coğrafi və strateji mövqe də yerləşməsi O.-dan uzun müddət müdafiə istehkamı kimi istifadə olunduğunu göstərir. Tədqiqatlar nəticəsində O.-nın əsas fəaliyyət dövrünün e. ə. 9–4 əsrlər olduğu müəyyənləşdirilmişdir. Yaşayış yerinin müasir dövrədək qalmış qala divarları e. ə. 1-ci minilliyin əvvəllərin də tikilmiş və antik dövrədək istifadə olunmuşdur.

Ədəb.: Ə l i y e v V. H. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. B., 1977; А л а к п е р о в А. Исследования по археологии и этнографии Азербайджана. Б., 1960; К е р и м о в В. Оборонительные сооружения  Азербайджана (историко-архитектурный очерк). Б., 1998; Б а х ш а л и е в В.Б. Археологические раскопки на поселении Огланкала. Российская археология, 1994, № 4.


Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt