Maxta Kültəpəsi I

MAXTA KÜLTƏPƏSİ I

 

Şərur r-nunun Maxta k. yaxınlığında Ilk Tunc dövrünə aid yaşayış yeri. 1985 il də qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub, əkin sahələri q. tərəfdən kanalla məhdudlaşır.

304

Maxta Kültəpəsi I.

Arxeoloji qazıntılar (100 m2 sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları, həvəngdəstələr, obsidian (dəvəgözü) və çaxmaq daşından hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və s. əldə olunmuşdur. 2006 ildə aparılan qazıntılar zamanı mədəni təbəqə 4 m dərinliyədək davam etdirilmiş, dairəvi formalı evlərin qalıqları aşkar olunmuşdur.

maxk

Maxta Kültəpəsi I. Keramika nümunələri.

Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan tikilmiş qədim məbəd, onun içərisindən isə daş bütlər aşkar olunmuşdur. Tapıntılara əsasən abidə e. ə. 4-cü minilliyin 2-ci yarısı–e. ə. 3-cü minil liyə aid edilir.
    
      Ədəb.: A ş u r o v S. H. Max ta Tunc dövrü yaşayış yerləri. Azərbaycan EA-nın “Xəbərləri”, 1991, № 4; A ş u r o v S. H., Ə l i y e v V. H. Maxta Tunc dövrü abidələri. Azərbaycanda  arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları, B., 1992.

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt