Vəli Əliyev. Naxçıvanın ilkin şəhər mədəniyyəti.

 

Vəli Əliyev
AMEA-nın müxbir üzvü, professor

NAXÇIVANIN İLKIN ŞƏHƏR MƏDƏNİYYƏTİ

 

Acar sözlər: Naksuana, Naxç, Nəşəva, Nəqşicahan, Naxçıbon, Naxçıvon, Naxçıvan, Mehri ölkəsi, Kür-Araz mədəniyyəti, şəhər mədəniyyəti, 3500-illik qədim tarix.
Şərqin ən qədim mədəniyyət ojaqlarından biri sayılan Naxçıvan şəhəri e.ə. III-II minilliklərdə bu diyarda yaranmış qüdrətli tayfa ittifaqının mərkəzi olaraq inkişaf tapmışdır.

Naxçıvan şəhərinin adına və tarixinə aid məlumatlara yunan, latın, ərəb, fars, Azərbayjan, türk, rus mənbələrində və orta əsr salnamələrində rast gəlinir.
Məşhur yunan joğrafiyaşünası Klavdi Ptolomeyin (eramızın II əsri) "Joğrafiya" əsərində Naxçıvanın adı Naksuana (Naxuana) kimi qeyd olunmuşdur.
Naxçıvanda VI əsrdə zərb olunmuş Sasani hökmdarları adına sikkələrin üzərində pəhləvi dilində şəhərin adı "Naxç" şəklində yazılmışdır. Orta əsr ərəb məxəzlərində şəhərin adı Nəxjuan, Nəşəva (IX-XI əsrlər), Nəşəvi, Naxçıvan (XI-XII əsrlərdən başlayaraq), Nəxjəvan, Nəxçəvan, Nəqjuan (XI-XVII əsrlərdə), fars mənbələrində Nəxjir kimi verilmişdir. Yaqut Həməvi (XVIII əsr) "Mujəm əl-buldan" əsərində yazır: "Nəşəva Azərbayjanda şəhərdir, bəziləri deyirlər ki, Arrandadır..."
XIV əsrdə yaşamış Azərbayjan tarixçisi Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-katib fi təyin əl-məratib" və Iran tarixçisi Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsərində şəhər Nəqşi-Jahan adlandırılmışdır. Həmdullah Qəzvini yazır: "Şəhər gözəldir və ona nəqşi jahan deyirlər"
Məşhur türk səyyahı Övliya Çələbi (XVII əsr) "Səyahətnamə" əsərində yazır: "Qələyi Nəxişvan" Nəqşi-jahan həqiqətən dünyanın ən gözəl şəhəridir..."
Türk səyyahı Katib Çələbi (XVII əsr) "Kitabi-Jahannüma" adlı əsərində yazır: "Bu şəhərə... Naxçıvan, Nəqşi-jahan, Nəqçuan dəxi deyirlər..."
Naxçıvan sözünün etimoloji jəhətdən təhlili mübahisəli olub, bu adın mənası haqda müxtəlif fikirlər mövjuddur. Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər. Şumer mənşəli bu mifologiyaya görə, çox qədim zamanlarda ümumdünya daşqını baş vermiş, dünyanın üzərini bütövlükdə su basmışdır. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq, bu yerə gəlmiş, məskənləşib şəhər salmış və sonralar tədrijən insan nəsli buradan dünyaya yayılmışdır. Odur ki, ümumdünya daşqını zamanı Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlandırılmışdır.
Mirzə Jamal Javanşir Qarabağinin məlumatına görə, Azərbayjanın Gənjə, Ordubad, Bərdə, Beyləqan və b. şəhərlərinin də meydana gəlməsi Nuhun və ya onun oğlu Arranın adı ilə əlaqələndirilir. Nuh əfsanəsinin Naxçıvanla bağlanması təsadüfi deyildir. Arxeoloji tədqiqatlar sübut edir ki, 4000-5000 il bundan əvvəllər Azərbayjanın əsas qədim mədəniyyət ojaqlarından biri olan Naxçıvan Yaxın Şərqin Mesopotamiyanın qüdrətli Şumer dövlətlərinin mərkəzi şəhərləri ilə sıx iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf tapmışdır. Odur ki, ümumşərq dünyası üçün səjiyyəvi olan bir çox qədim miflər Azərbayjanda, eləjə də Naxçıvanda yayılmış və min illər boyu nəsildən-nəsilə keçərək zəmanəmizədək xalqımızın yaddaşında saxlanmışdır.
Şəhərin orta əsr məxəzlərindən "Nəşəva" adının ərəb dilində mənası böyüyən, inkişaf edən deməkdir.
Şəhərin adının Nəxjir sözündən yaranması Sasani şahlarından Bəhramın ləqəbi ilə (Gur) əlaqələndirilir. Guya şəhər Bəhram tərəfindən salınmışdır. "Nəxjir" ov, ovu sevən, ovlayan, ov edilən yer və qənimət kimi izah edilmişdir. Məhəmməd Hüseyn Təbrizinin (XVII əsr) "Bürhan qate" lüğətində "Nəxjir" Sasani sözü kimi verilmiş "şikar edən", "şikargah" mənalarında işlədilmişdir.
Bir qrup tədqiqatçıların ehtimalına görə, Naxçıvan sözü ərazidə yaşamış qədim tayfaların adı ilə bağlı etnotoponimdir.
Məşhur ilk orta əsr tarixçisi Moisey Xorenli (V əsr) Qafqazda yaşamış qəbilələrdən bəhs edərək, Naxjamasen (naxje) qəbiləsinin də adını çəkmişdir.
Qafqazşünas A.M.Dirrin fikrinjə "Naxçuo" sözü iki hissədən ibarət olub, "Nax-xalq" (qəbilə), "çuo-insan" mənasındadır. Buna türk və Dağıstan dillərində də təsadüf edilir. Həmin fikri qafqazşünas K.F.Qan da müdafiə edir.
"Van" - məkan, ev, yaşayış yeri mənasında işlədilmişdir. Tarixçi Z.M.Yampolskinin fikrinjə "Van" sözü Midiya dilində olub qədim Azərbayjan qəbilələrinin yaşadıqları yer, şəhər adlarında təsadüf edilir.
Türkoloq J.I.Jəfərov Naxçıvan sözünün etimologiyasını Oğuz türk tayfaları ilə əlaqələndirir. O, bu etnotoponimin qədim türk mənşəli olduğunu, eramızdan əvvəlki dövrdə yarandığını və ilkin variantda "Akçıbon" şəklində ifadə olunduğunu söyləyir. J.I.Jəfərovun şərhinə görə, Naxçıvan (Akçıbon) sözü dörd hissədən (ak-üç-eb-on) ibarət olub, qədim türk, otuzunju ağ asların (oğuzların) adı ilə bağlanır, onların vətəni deməkdir. Onun fikrinjə "Akçıbon" sözü fonetik dəyişmələr nətijəsində "n" səsinin söz önünə artırılması ilə "Naxçıbon" şəklinə düşmüş və nəhayət k-x, b-v əvəzlənməsi nətijəsində "Naxçıvon", daha sonralar isə "Naxçıvan" kimi sabitləşmişdir.
Müxtəlif mənbələrin məlumatları göstərir ki, Naxçıvan şəhərinin, eləjə də bütövlükdə diyarın adı çox qədim zamanlardan bu əraziyə sahib olmuş və min illər boyu yaşamış etnosun adından götürülmüşdür.
Miladdan əvvəl II-I minilliklərdə Naxçıvan ərazisində Mehri etnoslarının da sakin olması haqda mülahizə söyləmək mümkündür.
Qədim zamanlarda Urmiya və Van göllərin arasındakı ərazidə xurrit-subar, mar etnosları ilə yanaşı Mehri, yaxud Mehran tayfaları da yaşamışlar.
Bu etnosların dilləri Hind-Avropa qrupuna, Iran dilinə daxil olmayıb, Ön Asiya yerli dilləri ailəsinə aiddir. Elam, kassit dilləri də həmin ailəyə daxil edilir. Herodota görə marlar iran mənşəli deyildirlər.
Mehri tayfaları haqqında e.ə. XIII əsrdən başlayaraq Assuriya mənbələrində məlumat verilir.
Mehrlər ölkəsi haqqında Xett çarlarından birinin müqaviləsində də (e.ə. XIII əsr) məlumat verilmişdir. Xett mənbələrində mehranların xatırlanması sübut edir ki, onların yaşadığı əyalət qərbədək uzanırdı. Bu faktı e.ə. X-IX əsrlərə aid assuri mənbələrində Salua "ölkəsi" ilə yanaşı Mehri "ölkəsi"nin də xatırlanması sübut edir.
E.ə. VII əsrə aid assuri mənbəyinə görə həmin dövrdə Qərbi Midiya əhalisinin bir hissəsi, görünür Mehran dilində danışmışlar.
Sonunju Assuriya çarı I Tukulti-Ninurtaya aid qədim yazılarda (e.ə. XIII əsrin ortaları) Mehri "ölkəsi" xatırlanır, məlumat verilir ki, hökmranlığın ilk ilində onun "əli" kutiləri, ukumaniləri, "Elxuniya və Mehri ölkələrini fəth etmişdir, tutub işğal etmişdir".
Midiyanın əhalisinin (xüsusilə qərbi) m.ə. 1000-ji ildə etnik tərkibi kifayət qədər aydındır. E.ə. III minillikdən I minilliyin əvvəllərinədək burada əhalinin tərkibi dəyişməz qalmışdır. Bu əhali bütün Urmiya gölü rayonundan Diyalı çayının yuxarı axarınadək Kuti-Lullubeylər olmuşlar. Lullubeylər nisbətən qərb zonasında, kutilər isə nisbətən şərq rayonlarında yaşamışlar. Təxminən həmin ərazidə üçünjü etnik qrup mehranların yaşadığı ehtimal olunur. Onlar "mehran" dilində danışırdılar.
Naxçıvanla yanaşı (j.ş-də), Arazın sol sahilində yerləşən Mehri regionu sübut edir ki, Azərbayjanın qədim etnoslarından biri olan Mehranlar Urmiyadan Naxçıvana qədər olan ərazilərdə də yaşamışlar. Deməli, Araz sahilindəki Mehri bölgəsi, tarixən Naxçıvan ərazisinə məxsus olmuşdur.
Mehri ölkəsinin maddi mədəniyyəti ilə Naxçıvanın həmdövr mədəniyyəti eyniyyət təşkil edir. Bu yaxın oxşarlıq Naxçıvan şəhəri nekropolunun, Şahtaxtı abidələrinin və Şahbuz bölgəsindəki Kolanı kəndi ərazisində yerləşən, m.ə. II minilliyin sonlarına aid daş qutu qəbir abidələrinin materiallarında daha aydın görünür. Maddi mənbələr əsasında belə mülahizə yaranır ki, Naxçıvanın qədim sakinlərindən biri də Mehran tayfaları olmuşlar. Bu qədim etnosun tarixi adı Naxçıvanın şərqində, Arazın sol sahilində yerləşən Mehri bölgəsinin adında indiyədək qalır.
Qədim naxçıvanlıların fiziki tipi haqqında dəqiq tarixi məlumat yoxdur. Bu məsələnin düzgün elmi şəkildə araşdırılması üçün yeganə mənbə paleoantropoloji (insan sümük qalıqları) materialdır.
Naxçıvan şəhəri yaxınlığındakı Kültəpə qədim yaşayış yerindən 7000 il bundan əvvələ, yəni eneolit-mis-daş dövrünə (miladdan əvvəl V minilliyə) aid qəbirdən əldə edilmiş orta yaşlı kişi kəlləsi antropoloji əlamətlərinə görə, müasir naxçıvanlıların mənsub olduğu Kaspi antropoloji tipinə uyğun gəlir.
Ordubad rayonu ərazisində m.ə. II minilliyin əvvəllərinə aid Plovtəpə nekropolundan və Xaraba-Gilandakı orta əsr sərdabəsindən əldə edilən kəllələr də antropoloji əlamətlərinə görə müasir naxçıvanlıların mənsub olduğu kaspi tipinə uyğun gəlir. Mingəçevirdə və Daşkəsən rayonlarında aşkar olunmuş paleoantropoloji materiallar da göstərir ki, şimali Azərbayjanın düzən ərazilərinin və Kiçik Qafqaz bölgələrinin tunj və orta əsrlər dövrü əhalisi kaspi antropoloji tipinə daxildir. Kaspi antropoloji tipi qədimdə Qafqazda daha geniş arealda yayılmışdır. Görkəmli antropoloq V.V.Bunak Şimali Qafqaz paleoantropoloji materiallarında kaspi tipi ünsürləri aşkara çıxarmışdır. Onun fikrinjə kaspi tipi Qafqaza eneolit dövrünün ikinji yarısında Orta Asiyadan yayılmışdır. Kaspi tipi müasir azərbayjanlıların tərkibində üstünlük təşkil edir. Paleoantropoloji materiallar göstərir ki, kaspi tipi eneolit dövründə Naxçıvandan Şimali Qafqazın şərqinə qədər geniş ərazidə yayılmışdır.
Kaspi tipinin klassik forması Naxçıvan əhalisi tərkibində üstünlük təşkil edir. Ehtimala görə, bu etnosun formalaşma ərazisinin mərkəzi Naxçıvan olub.
Bu mülahizəni Jənubi Azərbayjanda, Urmiya gölü yaxınlığındakı Göytəpə və Həsənli paleoantropoloji qalıqlar təsdiq edir.
Qədim yunan qaynağına və maddi mənbələrə - arxeoloji materiallara əsaslanaraq demək olar ki, Naxçıvan eramızdan çox əvvəllər bir şəhər kimi tanınmışdır.
Tarixçi Stefan Orbelyani, Iran joğrafiyaşünası Həmdullah Qəzvini və yazıçı Lazar Jəhrili Naxçıvan şəhərinin eramızdan əvvəl 1539-ju ildə yaranması haqda dəqiq tarix vermişlər. Lakin bu tarix haqda qədim mənbə olmadığından o, uzun müddət əsassız sayılmış, tədqiqatçılar tərəfindən qəbul edilməmiş və Azərbayjan tarixində öz əksini tapmamışdır. Naxçıvan şəhərinin yaranması tarixi, nəhayət arxeoloji tədqiqatlar nətijəsində əldə edilmiş maddi mənbələr əsasında müəyyənləşdirildi.
Naxçıvanın e.ə. II minillikdə ilkin şəhər kimi formalaşması heç də təsadüfi olmayıb, çox qədim tarixi köklərlə bağlıdır.
Arxeoloci tədqiqatlar göstərir ki, Azərbayjan ərazisi, xüsusilə Naxçıvan, Urmiya və Qarabağ bölgələri Ön Asiyanın ilkin şəhər mədəniyyətinin inkişaf tapdığı mərkəzlərlə bir regiona daxil olmuşdur. Qədim Naxçıvan ilkin şəhər mədəniyyəti mərkəzi kimi məhz belə əlverişli bir şəraitdə yaranmışdır.
Naxçıvanın əlverişli təbii joğrafi şəraiti, insan həyatı üçün zəruri olan maddi resursların zənginliyi hələ daş dövründə burada insanların məskunlaşmasına səbəb olmuşdur. I Kültəpə qədim yaşayış yerində aparılmış qazıntılar nətijəsində eneolit dövrünə aid mədəni təbəqədən Xələf tipli keramikanın və firuzə bəzək əşyalarının tapılması bilavasitə Naxçıvan-Ikiçayarasın əlaqələrindən xəbər verir.
E.ə. IV-III minilliklərdə Şimali Qafqazda, Jənubi Qafqazda, Jənubi Azərbayjanda, Suriya Fələstinədək geniş bir ərazidə yayılmış ilk tunj dövrü Kür-Araz mədəniyyətinin yaradıjıları və əsas daşıyıjıları Naxçıvan ərazisində yaşamış əkinçi-maldar tayfalar olmuşdur.
E.ə.III-II minilliklərdə Qafqazın iqtisadi, mədəni jəhətdən yüksələn və mühüm strateci mövqe tutan yaşayış yerləri möhkəmləndirilən ilkin şəhər mərkəzləri meydana gəlir.
Şərqin tanınmış şəhərlərindən biri sayılan Naxçıvanın ən qədim tarixi, mədəniyyəti, eləjə də onun meydana gəlməsi haqqındakı yazılı mənbələr məlumat xarakteri daşıyır.
Naxçıvan şəhərinin əsasının ilk dəfə nə vaxt qoyulduğunu dəqiq müəyyən etmək üçün əlimizdə olan yazılı məlumatlar azlıq təşkil edir. Digər tərəfdən həmin tarixi məlumatların hansı mənbələrə əsaslandığı da dəqiq göstərilmir. Bu məlumatların doğrulduğunu yalnız arxeoloci materiallar əsasında sübut etmək olar. Naxçıvanın çox qədim bir tarixə malik olduğunu sübut edən tək-tək arxeoloci materiallar 1957-1959-ju illərdə təsadüfən şəhərin jənubunda yerləşən orta əsr qalası – Köhnə qalanın (Yezidabadın) xarabalığında tapılmışdır. Köhnə qaladan tapılmış daş kürzlər çox böyük maraq doğurur. Arxeoloci tədqiqatlardan məlumdur ki, tunj dövründə (e.ə. III-II minilliklərdə) Naxçıvan duz mədənlərində daş gürzlər, çəkijlər və s. əmək alətlərindən geniş istifadə olunmuşdur. Külli miqdarda istehsal olunan duz yerli əhalinin tələbatını ödəməklə yanaşı qonşuluqda yaşayış tayfalarla və Yaxın Şərq ölkələri ilə mübadilədə çox mühüm rol oynamışdır.
Naxçıvan şəhərində ilk arxeoloci tədqiqat işi 1968-ji ildə Azərbayjan SSR EA Tarix Institutunun Araz arxeoloci ekspedisiyası tərəfindən aparılmışdır.
Şəhərin relyef etibarı ilə hündür və strateci jəhətdən çox əlverişli olan şimal hissəsindən qədim Naxçıvanın qalıqları və onun nekropolu yerləşir. Qədim Naxçıvan nekropolunda açılıb öyrəndiyimiz qəbr abidələrindən 100-dən artıq müxtəlif gil qab nümunələri, tunj bilərziklər, üzüklər, sırğalar və munjuqlar əldə edilmişdir. Saxsı məmulatı yüksək sənətkarlıqla hazırlanmış, küpə, vaza, parç, sərnij və çaynik tipli qablardır. Bu məişət avadanlıqlarının əksəriyyəti əsl injəsənət nümunələri olub, üzərləri müxtəlif rəngli boyalarla yüksək estetik zövqlə naxışlanmışdır. Naxçıvan şəhərində çıxarılmış keramika və tunj məmulatı hazırlanma texnologiyası, formaları və naxışlanma üsullarına görə dövrü yaxşı məlum olan Qızılburun, Şahtaxtı, Şortəpə, Oğlanqala, Kültəpə və b. abidələrin materialları ilə eyni olub, e.ə.XVII-XIII əsrlərə aiddir.
Naxçıvanın ən qədim tarixinə dair bu qiymətli maddi-mədəniyyət nümunələri hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Naxçıvan arxeoloci ekspedisiyası şəhərin ərazisində e.ə. III-I minilliklərə aid qədim yaşayış məskənlərinin qalıqlarını izləyib aşkara çıxarmışdır. Bütün bu abidələr e.ə.II minilliyin əvvəllərində Naxçıvanın bir şəhər kimi inkişaf etməyə başladığını, Qədim Naxçıvan nekropolunda aşkara çıxarılan maddi mənbələr bu şəhərin 3500 illik qədim tarixə malik olduğu haqda yazılı mənbələrdə verilmiş məlumatın doğrulduğunu sübut edir.
Yaxın Şərqdə ilkin yaranan şəhərlərindən biri də Naxçıvan olmuşdur. Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə və II Kültəpə qədim yaşayış yerlərində aparılan geniş arxeoloci tədqiqatların nətijələri sübut edir ki, artıq e.ə. III minilliyin sonu və II minilliyin əvvəllərində bu ərazidə şəhər tipli yaşayış məskənlərinin inkişaf tapması üçün güjlü inkişaf tapması üçün güjlü iqtisadi mədəni zəmin yaranmışdır.
Ikinji Kültəpədə aşkara çıxarılmış e.ə. II minilliyin əvvəllərinə aid şəhər tipli yaşayış yerinin qalıqları, Naxçıvan düz dağındakı möhtəşəm qədim mədənlər buna daha parlaq elmi sübut ola bilər. Arxeoloci tədqiqatlar göstərir ki, bu dövrdə, əkinçiliyin, maldarlığın, dağ-mədən işinin və müxtəlif sənətkarlıq sahələrinin intensiv inkişafı sayəsində Naxçıvan və ona qonşu ərazilərdə yaşayış yerlərinin sayı çoxalmış, sahəsi genişlənmiş, demoqrafik baxımdan əhalinin sayı xeyli artmışdır. Həmin yaşayış yerlərinin əksəriyyəti Naxçıvan şəhərinə yaxın olub, bir növ onun ətrafında toplanmışdır.
Belə güjlü iqtisadi inkişaf ijtimai münasibətlərin də dəyişilməsinə səbəb olmuş, ilk dövlət qurumu – iri tayfa birliyi yaranmışdır. Naxçıvan həmin iri tayfa ittifaqının mərkəzinə çevrilmişdir.
E.ə. II minilliyin əvvəllərində qədim dövlət qurumunun mərkəzi olmuşdur.
Naxçıvan diyarında e.ə. II minilliyin əvvəllərində qədim qala-şəhərlərin yaranmasını Şahtaxtı, Qarabağlar, Oğlanqala, Plovtəpə abidələrində aparılan yeni arxeoloci tədqiqatların nətijələri bir daha elmi əsaslarla sübut edir.




 

 

Saytdakı yeriniz: Əsas səhifə
Yuxarı qayıt