ÇapE-poçt

Gəmiqaya

012

Gəmiqayanın  Nəsirvazdan görünüşü.

 

Ordubad r-nu ərazisində, Tivi və Nəsirvaz k.-lərindən şm.-ş.-də dağ. Zəngəzur silsiləsinin su ayırıcında zirvə. Hünd. 3725 m. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən G. yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir (bax: Bibqətəl piri). Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq d.-na (3904 m) xalq arasında G. adı verilmişdir. Qədim dünyanın müqəddəs panteonlarından sayılan G. özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə. 4–1-ci minilliklərə aid qayaüstü rəsmlər–piktoqramlar (qədim yazılar) var (bax: həmçinin Gəmiqaya rəsmləri).

016 021 013 0013

 Qaranquş yaylağı.

Gəmiqaya nekropolu.

Göllər bölgəsindən görünüş.

Gəmiqaya nekropolu. 

 

 

Saytdakı yeriniz: Əsas səhifə QƏDİM YAŞAYIŞ YERLƏRİ Gəmiqaya
Yuxarı qayıt