Simpozium. Məqalələr.

Gülnarə Qənbərova. Azərbaycanın memarlıq tarixində Naxçıvanın şəhərsalma mədəniyyəti.

ÇapE-poçt

 

Gülnarə Qəzənfər qızı Qənbərova
Naxçıvan Dövlət Universiteti
Memarlıq üzrə fəlsəfə doktoru

 

AZƏRBAYCANIN MEMARLIQ TARIXINDƏ NAXÇIVANIN ŞƏHƏRSALMA MƏDƏNIYYƏTI

 

Vüqarın Gəmiqaya, Əlincə əzəmətin,
Arpaçay namusundur, Araz çayı ismətin...
İlk yaranış ünvanı sənsən bəşəriyyətin
Ey Nuhun bu dünyaya ayaq basdığı məkan!
Naxçıvan!!!
“Elnur Kəlbizadə”

 

Azərbaycan şəhərlərinin öyrənilməsi onların memarlıq-tarixi ilə yanaşı, ölkənin ərazisində qalan arxeoloji və memarlıq abidələrinin, bu ərazilərdə məskunlaşmış xalqın mədəniyyət tarixinin öyrənilməsi deməkdir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Tikinti və Memarlıq üzrə Dövlət Komitəsi bir neçə il əvvəl, Azərbaycan Respublikasının tarixi əhəmiyyət kəsb edən və xüsusi layihələndirmə rejimi tələb edən 16 şəhərinin qorunub saxlanması üzrə birgə qərar qəbul etmişdilər.

ardını oxu

 

İlhami Əliyev. Səfəvi dövrü mənbələri Naxçıvan şəhərinin yaranma tarixi haqqinda.

ÇapE-poçt

İLHAMİ ƏLİYEV
AMEA Naxçıvan Bölməsi
Email: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

SƏFƏVİ DÖVRÜ MƏNBƏLƏRİ NAXÇIVAN ŞƏHƏRİNİN YARANMA TARİXİ HAQQINDA

 

Bu gün Naxçıvan tarixinin öyrənilməsi sahəsində gündəmdə duran əsas məsələlərdən biri Naxçıvan şəhərinin yaranma tarixinin dəqiq və geniş şəkildə tədqiq edilməsi və elmi ictimaiyyətə çatdırılmasıdır. Bu sahədə indiyədək xeyli araşdırmalar aparılmış və şəhərin qədim tarixə malik olması öz təsdiqini tapmışdır. Yeni tədqiqatların aparılmasının əsas səbəbləri isə bu gün bu qədim Azərbaycan şəhərinə qarşı əsassız erməni iddialarının olması və buranın insanlığın ilk yarandığı coğrafi məkanlardan biri kimi dünyaya maraqlı olmasıdır.

ardını oxu

 
 

Yaşar Rəhimov. Rus mənbələri Naxçıvan şəhərinin tarixi haqqinda.

ÇapE-poçt

Yaşar Rəhimov
AMEA Naxçıvan Bölməsi

RUS MƏNBƏLƏRI NAXÇIVAN ŞƏHƏRININ TARIXI HAQQINDA

Azərbaycan tarixşünaslığında yeni istiqamət alan Naxçıvan tarixinin öyrənilməsi tarix elmi qarşısında duran mühüm problemlərdəndir. Hələ keçmiş Sovet hakimiyyəti zamanında erməni və gürcü tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmaqla Azərbaycanın ayrı-ayrı bölgə və şəhərlərini özlərinin torpaqları kimi qələmə verməyə çalışmışlar. 

ardını oxu

 
 

Hacıfəxrəddin Səfərli. Naxçıvanda şəhər mədəniyyətinin yaranmasi tarixindən.

ÇapE-poçt

 

HАCI FƏХRƏDDİN SƏFƏRLİ
АMЕА Nахçıvаn Bölməsi, Tаriх, Еtnоqrаfiyа
və Аrхеоlоgiyа İnstitutunun dirеktоru, tаriх
еlmləri dоktоru, prоfеssоr

 NAXÇIVANDA ŞƏHƏR MƏDƏNİYYƏTİNİN YARANMASI TARİXİNDƏN

 Son vaxtlara qədər elmdə belə bir fikir mövcud idi ki, ibtidai icma quruluşu dövründə Naxçıvan bölgəsində insan yaşamamışdır. Ancaq 1987-1990-cı illərdə Şərur rayonunun Tənənəm kəndində yerləşən Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar göstərdi ki, ibtidai insanlar Naxçıvan bölgəsində 80-90 min il bundan əvvəl, Mustye dövründən məskunlaşmışdır. Bundan əlavə insanların bölgənin müxtəlif yerlərində olan Kilit (Ordubad rayonu), Daşqala (Babək rayonu), Ərməmməd (Culfa rayonu) mağaralarında da yaşamaları haqqında məlumatlar vardır. Sovet hakimiyyəti illərində, xüsusi ilə müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərində (I Kültəpə, Ovçulartəpəsi, Sədərək, Sirab və s.) aparılan arxeoloji tədqiqatlar göstərdi ki, burada Neolit dövründən başlayaraq ilk yaşayış məskənləri meydana gəlməyə başlamışdır.

Ardını oxu...

 
 

Abbas Seyidov. Naxçıvan şəhərinin beş min yaşi arxeoloji və yazili qaynaqlarda.

ÇapE-poçt

 

ABBAS  SEYİDOV

 NAXÇIVAN ŞƏHƏRININ BEŞ MIN YAŞI ARXEOLOJI VƏ YAZILI QAYNAQLARDA

 Tədqiqatlar Naxçıvan ərazisinin Ön Asiyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir. Hələ ibtidai icma dövründən insanlar yaşayış məskəni üçün yer seçərkən ərazinin təbii ehtiyatlarını, strateji mövqeyini və digər üstünlüklərini nəzərə almışlar.

ardını oxu

 
 

Səhifə 3 > 5-dən

Saytdakı yeriniz: Əsas səhifə SİMPOZİUM Məqalələr
Yuxarı qayıt