Firudin Rzayev. Nuh adi ilə yaranmiş qədim türk tayfasi “Naxər”lər.

Çap

Firudin Rzayev
AMEA Naxçıvan Bölməsinin
filologiya üzrə f.d.  
firudinr@yahoo com.tr

 NUH ADI İLƏ YARANMIŞ QƏDİM TÜRK
TAYFASI “NAXƏR”LƏR

 Miladdan öncə IV-I minilliklərdən  bu günədək ümumtürk, Azərbaycan, eləcə də Naxçıvan əhalisinin etnogenezində iştirakı olmuş əski prototürk boylarının adlanma ənənəsi tədqiqat obyektinə çevrilməmiş, tayfa adlarının yaranma səbəbləri, buradakı əsas amillər tam olaraq araşdırılmamışdır. Lakin  arxeoloji, etnoqrafik, epiqrafik nümunələr, coğrafi adların etimoloji izahları şəhərin tarixini, adı əmələ gətirən “nax”, “naxç”, tərkibinin bir tayfa adı olmaqla m.ö. VI-V minilliklərə aidliyini sübut edir.

Yəhudi tarixçisi İ. Flavinin məlumatlarında Naxçıvan Nuhun saldığı ilk şəhər və bəşər nəslinin beşiyi adlanmış (10, s. 14), m.ö. II əsrdə K. Ptolomey «Coğrafiya» əsəri isə, onu “Naksuana” şəklində Cənubi Qafqazın və Şərqin ən böyük şəhəri kimi təqdim edirdi (13, s. 10-12). V-VII əsr gürcü mənbələri ərazini qədim türk yurdu kimi göstərmiş, (8, s. 20-24), orta əsr  ərəb- fars müəllifləri İbn Xordadbeh, Əl-Balazuri, İbn əl-Fəqih, Şihabəddin Muhəmməd ən-Nəsəvi və b. isə adı “Nəşəva”, “Nəqsuan”, “Nəxcəvan”, “Nəqşi-cahan”, “Naxçivan”  yazılışları ilə öz əsərlərinə daxil etmişlər (yenə orada, s. 31; 32, s. 164). Adın qədim sikkələrdə «naxç» şəklində təqdimatı (23, s. 45) da Naxçıvanın qədim və böyük mədəniyyət mərkəzlərindən biri olmasına birmənalı  sübutdur. Bəs bu qədər tarixi fakta söykənən ad necə yaranmış, “nax”, “naxç”, “naxər” tərkibi nəyi ifadə etmişdir?
Araşdırmalar bu tərkibin müxtəlif yazılışlarla qaynaqlara əfsanə kimi düşən, lakin uzaq keçmişin tarixi şəxsiyyəti olmuş Nuh peyğəmbərin adından gəldiyini sübut edir. Bunu qədim qaynaqlarda As, Türükkü, Kuti, Lulubi, Hürri, Naxər, Şu, Subar, Bulqar, Kas, Sak kimi yüzdən yuxarı türk boylarının adlanma prosesində də müşahidə etmək mümkündür (33, s. 251, 305; 34, s. 192, 299, 304, 457). Bu tayfa adlarının bir qismi antik müəlliflərdən Herodotun, Strabonun əsərlərində (15, I 153; III 93; 31, s. 137-138), digər bir qismi isə yüzlərlə tədqiqat əsərləri və tarixi qaynaqların məlumatlarında xatırlanır.
 Araşdırmalar belə türk tayfa adlarının əsasən teofor adlardan-Tanrı adlarından yarandığını və mifik inanclarla bağlı olduğunu sübut edir. Əski prototürk boylarında Tanrı adlarının o dövrkü tayfa və antroponimik- şəxs adlarının yaranmasında xüsusi rolu olmuşdur. Əgər yadımıza salsaq Şumer türklərinin tanrıları An-Anu, Enlil, Huma, Şar, Luma, Şumukan və b. (2, s. 12, 15, 56-58)  sonralar bu xalqın Şu, Şirak tayfa adlarında, daha sonra isə onların varisləri Kuti, Lulubəy, Türükkü, Kassit və b. prototürk boylarının Saralqab, Elilumeş, Kadaşman Harbe, Kudur Enlil kimi çar adlarında təkrarlanmışdır (5, s. 128; 17, s. 50-51, 61). Şumerlərdə Huma tanrı adı Altay türklərinə Umay şəklində, Şar tanrı adı taras, buryat, hunqar-macar miflərinə Şara-Tanqa, Şarkan, Ki tanrı adı isə yunan və slavyan miflərinə Kiy, Kibela kimi adlamışdır (21, t. I s. 647-648; 22, t. II,  s. 640). Bu tanrı adları müasir Humay, Umay, Sara adlarımızda qalmaqdadır. Burada “Türk”  tayfa adımızın mənşəyi məsələsinə toxunmaq istərdik. Biz m.ö. IV-III minilliklər Tork tanrı adını qədim Mitan və türkkülərdə görürük (22, t. II, 1987, s. 521). Lakin, bu dövrdə ermənilərin ulu babaları friqlər hələ tarix səhnəsinə çıxmasa da (onlar m.ö. VII-V əsrlərdə qeydə alınır), rus siyasəti “Ümumdünya tarixi” kitabında Tork tanrı adını ermənilərin babası və tanrısı kimi qələmə alır (22, t. II, 1987, s. 521, 606).
Ümumən  m.ö. IV-I minilliklər prototürk tayfa adlarına diqqət etdikdə biz Ki və Utu Şumer tanrı adından Ki+utu-Kuti türk tayfasının, Şar tanrı adından Şir+ak, Şir tayfasının, Şumukan tanrı adından Şu+mu+kan-Şu tayfa adlarının yarandığını  görürük.  Bu eynilik Nax türklərində də nax+ər kimi təkrar olunur (-F.R.). Bu isə bir təsadüf deyil,  qədim bir xalqın adlanma-nominasiya prosesində onun mifik təfəkkürünün rolunun göstəricisidir.
Naxərlərlə bağlı onu da qeyd edək ki, bu adı yaradan “Nuh” obrazı m.ö. IV minilliyin hadisələrini əhatə edən “Bilqamıs” dastanından gəlmiş (14, s. 178-179, 220; 2, s. 6), tayfa isə  m.ö. III-II minilliklərdə tarix sənəsinə çıxmışdır. Lakin əgər Şumer türklərinin Ki, Utu, Şar, Şumukan tanrı adları o dövrdə Kuti, Sir, Şu, Şubar-Subar tayfa adlarına çevrilmişsə, təbii ki, “ar/ər”-“igid”, “kişi” komponenti ilə (16, s. 53-57) yaranan Sub+ər, Kimm+ər, Xəz+ər, Bulq+ər tayfa adları kimi, heç şübhəsiz “Nuh” adı da  “Nuh+ər”, “Nax+ər” kimi m.ö. III minilliklərin advermə-nominasiya prinsipinə uyğun etnos adına çevrilmişdir. Bu isə ümumilikdə türk tayfalarının adlanma ənənələri ilə tamamilə eyni idi. Bu problem ətrafında biz Naxçıvan və Nuh mövzusu ilə bağlı bir neçə məqaləmizdə geniş məlumat vermişik (12, s. 303-312; 29, s. 6-14).      
Qədim Kas türk tayfaları m.ö. III minillikdə ki tarixi qaynaqlarda kassit, kaşşu, kaskeylər adı ilə düşmüşlər (34,  t. I, s. 299, 316, 379). Bu protoazərbaycanlıların mifologiyasında Kaşşu, Harbe, Şixu, Sax, Kamulda, İmmiriya kimi tanrı adlarına rast gəlirik ki, teofor adların tayfa adına keçmə ənənəsi prototürklərin ad sistemində də müşahidə edilir (5, s. 129-132). Elə o dövr və sonrakı dövrlərdə biz Kaşşu tanrı adı ilə Kaşşu, Kas+it və Kaş+key, Harbe tanrı adı ilə  Hürri tayfa adlarının yarandığını görürük (33, s. 251). Bundan başqa bu prosesi digər prototürk boylarının adlarında da müşahidə edirik. Kaslarda Şuxi tanrı adı və yenə də həmin dövrdə Şu, Şubar, Şumer, Şur tayfa və sülalələri (34, t. I, s. 448, 515, 316, 379; 33, s. 304-305), Kamulda tanrı adə və Kom+an tayfa adı (16, s. 355; 34, t 1, s. 515), Sax tanrı adı və Sak-Saka türkləri (15,  II 23; 32, t. I, s. 457; 18, s. 84), İmmiriya tanrı adı və Kimmer (kimmeriya) türkləri (15, I 6, 103; IV 11-13; VII 20) bu cür teofor adların tayfa adlarında təkrarının təkzibolunmaz sübutlarıdır. İ.M. Dyakonov sonuncu kimmer boylarını irandilli hesab etmiş (5, s. 96-98), lakin R. Fray bunun yanlış olduğunu elmi cəhətdən əsaslandırmışdır (9,  s. 102-106).
Gətirdiyimiz tarixi fakt və nümunələrdən ortalığa çıxan yekun nəticə bu advermə-nominasiya hadisəsinin əski Azərbaycan türklərinin mifoloji düşümlərində xüsusi yer aldığını təsdiq edir. Bəs Nuhdan adını alan Huh+ər-Naxər türklərinin ölkəsi hara idi?
Qeyd edək ki, naxərlər haqqında yeganə tədqiqat rus alimləri Q.V. Nosovski, A.T. Fomenko və A.N. Fomenko tərəfindən birgə aparılmış, lakin onların bu istiqamətdə elmi fikirləri bir-birini təkzib etmişdir. Müəlliflər “naxarain” sözünü naxa+rain kimi götürərək «naxar» tərkibini «noqay», «Ra» tərkibini Volqa çayının əzəlki adı hesab etməklə onu «noqay çayı» kimi izah etmişlər. Daha sonra adın «Noqay  orda»sından gəldiyi, XVII əsrədək Volqa boyundan Azov dənizinə qədər ərazilərdə onların “qazax noqayları” olduğu yazılır. Burada onlar Vizantiya, Naxarin ölkəsi, Noqay çayı ətrafında da tədqiq olunmuş, çarlıq şəklində Azov dənizi, Volqa boyu torpaqlarda «yerləşdirməklə», II Yekatrina dövründə tamamilə məhv edildikləri söylənmişdir (36).  Sonda müəlliflər  naxərləri imperiya şəklində Yunanıstanda Çar-Paytaxt ərazisi kimi də göstərmişlər (36). Göründüyü kimi tədqiqatçılar yekdil fikirdə olmamış, naxərlərin ərazisi fərqli yerlərdə lokalizə edilmişdir.
Yadımıza salsaq Naxər ölkəsinin adı m.ö. XVI əsrdə, Misir fironu III Tutmosun salnaməsində, Mitan dövlətinin şimal-şərqində: «O, mənfur Kadeşli rəqib, keçmişdə Misirə itaət edən bütün ölkələrin hakimlərini öz ətrafına toplamışdır. Hamını-Naxarinadan (Mitan ölkəsi) tutmuş ta Suriyaya kimi…» (34, t. I,  s. 314-318, 344-346; 33, s. 174) yazılışı ilə qeyd olunur. Herodot, Strabon və qaynaq məlumatlarında da Naxar ölkəsi Mitan dövlətinin şimal-şərqində, Dəclə və Fəratın yuxarı axarları boyu, Urmiya gölü ətrafında, Araz boyunda göstərirlər (34, t. I, s. 315-320; 33, s. 223-235).
Mənbədən  aydın göründüyü kimi ərazi Mitan dövləti yaxınlığında onun ölkəsi kimi verilir. O dövr bu ərazidəki Mitan, Şuşarra, Aratta, Kuti, Lulubi dövlətlərinin protoazərbaycan boyları quti, lulubi, su-şu, hürrü, subar, türükkü və b. naxərlərlə birgə tarixi proseslərə qatılırdı və onlar Urmiya və Van gölləri, Araz, Dəclə və Fərat yaxalarında, qarşısı alınmayan güclü tayfa hesab olunurdu. Bu əski prototürklərin ərazidə tarixi proseslərə təsiri çoxsaylı mənbə məlumatları ilə təsdiq olunur (34, t. I, s. 192, 286, 311, 550; 14, s. 253-260; 6,  s. 109, 116; 7, s. 265-266; 3, s. 50-55). Qaynaq və antik mənbələrdə göstərilən ərzi isə Araz hövzəsində qədim Naxarain müasir Naxçıvan ərazisini və onun əzəli torpaqları olan İrəvan, Sisyan, Zəngəzur, Iğdır, Kars, Ərzurum Maku, Poldəşt Səlmas, Xoy və s. bölgələri əhatə edirdi (35). Onların ölkə halına gələnə qədər keçdiyi tarixi yol isə ən azı 1500 il əvvəl yəni m.ö. IV minilliklərdə baş vermişdir. Salnamədə verilən məlumata əsasən Naxarin- Naxaran (-F.R.) ölkəsi Assuriya və ətraf ölkələrlə bərabər o dövr Mitan dövlətinin təsiri altında idi. Sonralar Mitan və Naxarın-Naxçıvan ərazilərində Aratta, Manna, Midiya və Atropatena kimi dövlətlərimiz yaranmış, Naxər ölkəsi isə bu türk dövlətlərinin qüdrətli əyaləti olmuşdur. Beləliklə rus alimlərinin ölkəni  özgə ərazilərdə lokalizə etməsi təbii ki, siyasətə xidmət etmişdir.
Herodot və III Tutmosun məlumatları ölkə əhalisinin etnik tərkibinin də türük, naxar, hürrü, kuti, lulubəy, mentiu, qiksos (gök As - F.R.), kassit, su, bulqar və b. türklərdən ibarət  olduğunu təsdiq edir (36; 14, V 52). Bu türk tayfaları qədim Manna və  midiyalıların ulu babaları olmuş, Naxarin-Naxçıvan ölkəsinin ərazi bütövlüyü isə qaynaq məlumatları və arxiv sənədlərinə əsasən Manna, Midiya və Atropatena dövlətləri zamanından XIX əsrin əvvəllərinədək qorunub saxlanılmışdır (11, s. 35-41, 182; 34, s. 260-261; 33, s. 339).
    Mənbələr naxərlərin böyük güc olduğunu, Makedоniyalı İsgəndərin ərazilərimizə hücumu zamanı türk massagetlərlə bərabər ona qarşı vuruşduğunu da qeyd edir (35, t. II, s. 425; 33, s. 400). Lakin Strabоn, Arrian Marselli və Plutarxın yazıları Mitan dövləti, Urmiya ətrafı və Naxar ölkəsinin bu hücuma məruz qalmadığını, naxərlərin prоtоazərbaycanlılara kömək məqsədi ilə döyüşdüklərini göstərir (31, VII, 16; 24,  s. 380-383; 32, s. 399-403). Ümumiyyətlə, tarixi qaynaqlar naxərləri əsasən türk massaget və saklarla birgə xatırlatsalar da, onlar Misir fironu III Tutmosun salnaməsində bu tayfalarsız qeyd olunurlar (32, s. 397-404).
Beləliklə tarixi məlumatlar Naxar-Naxçıvan əhalisinin qədim prototürk-azərbaycanlılardan ibarət olduğunu, ərazisinin isə indiki və XIX əsrə qədər yuxarıda qeyd etdiyimiz İrəvan, Sisyan, Zəngəzur, Iğdır, Kars, Maku və s. bölgələrdən ibarət olduğunu sübut edir. Ərazidən m.ö. IV-III minilliyə aid arxeoloji mədəniyyət qalıqlarının tapılması naxərlərin qədim Naxçıvanın yerli sakinləri olduğunu (12, s. 303-312), onların m.ö. V-II minilliklərdə As, Kuti, Lulubəy, Hürrü, Şu, Kas, Sak və b. boylarla bu ərazidə yaşadıqlarını da təsdiq edir (28, s. 37-38, 73-74).
Qənaətimizə görə xəritədə əks etdiyimiz ölkənin ərazisi Herodotun və Tutmosun məlumatlarındakı ərazini tam olaraq əhatə edir.

azkart

 

Naxçıvan ərazisinin Nuhla bağlılığı məsələsinə gəldikdə isə “Bilqamıs” dastanında adı keçən teofor və toponimik adların qədim və müasir Naxçıvan ərazisinin coğrafi adlar sistemində təkrarı da Nax tayfa adının Nuh adından gəldiyinə daha bir sübutdur. Dini kitablara düşərək mifdən daha çox həqiqətlə səsləşən Gəmiqaya, Nəsirvaz-Nisir, Ağrı zirvəsi, Qaranquş yaylağı, Nəbi və Xəzər yurdları kimi adlar Nuh daşqını ilə bağlı coğrafi ad göstəriciləridir. Bundan başqa Gəmiqaya rəsmlərində  tufanın bütün əlamətlərini əks etdirən gəmi, ondan buraxılmış qaranquş, tufanın yatmasına işarət olan arxa üstə düşmüş əjdaha, məskunlaşmanın əlaməti olan sivilizasiya işarətli rəsm - kompozisiya bunun bir mif deyil tarixi hadisə olduğuna əsaslı sübutdur (1, s. 39-47). 1590-cı ildə və sonralar Naxçıvan ərazisinə aid olan Karni, Ağcaqala, Vedi, Abnik, Aralıq nahiyələrində qeydə alınmaqla qədim və hazırda aktiv fonda daxil olan Nuhtaban, Nahdam, Naxsit, Nehrəm, Nəhəcir, Nahrus, Naxçedəniz, Naxçıvancıq, Anutan, Göynük, Nəhri-Ənus, Naxşı- Nərgiz, Ənilər, Xuzar, kimi məntəqə adları (11, s. 28-29, 161-173, 178) tarixi dağıntılar və siyasi dəyişikliklərə rəğmən qaynaqlardan silinməmişdir. Bu coğrafi adlar özündə Nax-Nuh etnos adına qoşulan tan/san- «şan-şöhrət»,  cıq/çauq- «qala», sir/şir- «işıq», di/ti- «tikmək», ak-«uca”,  us-«zəka, ağıl», sit- «şad, zadəgan», ta/tau-«dağ», van-«məkan, uca”, “ban/bun” yazılışında «nəsil, tayfa, tirə», an-mənsubluq, a-«kiçiltmə» mənalı əski dil faktorları- söz  və şəkilçiləri qoruyub saxlamaqla, naxların türk boyları olduğunu göstərir. Sözlər bütün türk dili lüğətləri, eləcə də E.V. Sevortyan, V.V. Radlov, «Qədim türk dili lüğəti» sözlüklərində geniş izahlarla verilmişdir (30,  s. 607; 25, t. I, s. 191, 676; 26,  s. 1616; 4,  s. 410; 17, s. 69; 27, t. IV; 8, s. 160-163). Bu tərkiblərlə etimoloji izahlarda “Naxçıvan” və Naxçıvancıq sözü “uca Nuh nəsli” mənasında açıqlanır.             
    Apardığımız tarixi müqayisə və təhlillərin elmi nəticəsi olaraq aşağıdakıları deyə bilərik:
1. Qədim prototürklərin advermə-nominasiya ənənəsində mifoloji tanrı adları-teofor adlar üstünlük təşkil etmiş, tayfa və şəxs adları əsasən tanrı adlarından yaranmışlar.
2. Şumerlərdə Şar tanrı adından Şirak, Şumukan, Şuxi tanrı adlarından Şu, Şubar, kassitlərdə Kaşşu tanrı adından Kas, Harbe tanrı adından  Hürri, Sax tanrı adından Saki-Sak, Kamulda tanrı adından Kom+an, İmmiriya tanrı adından Kimmer tayfa adları yarandığı kimi Nuh peyğəmbər adından da Hax+ər, Nuh +ər tayfasının adı yaranmış və yəqin ki, məhz buna görə də İ. Flavi Naxçıvanı Nuhun saldığı ilk şəhər kimi təqdim etmişdir.
3. Naxçıvan m.ö. IV minilliyin sonları III minilliyin əvvəllərində Naxarin-Naxaran ölkəsi adlanmış, Herodotun və Misir firounu III Tutmosun yazılarında ərazi hazırkı bölgələr də daxil olmaqla XIX əsrə qədər ona aid olan İrəvan, Sisyan, Zəngəzur, Iğdır, Kars, Ərzurum Maku və s. bölgələrdən ibarət olmuşdur.
    4. Naxərlərin tarix səhnəsinə çıxdıqları dövr m.ö. IV minilliyin sonları III minilliyin əvvəllərində protoazərbaycan boyları quti, lulubi, su-şu, hürrü, subar, türükkü və b. eyni dövrdə olmuş və bu türklər kompakt halda ərazinin avtoxton sakinləri olaraq Naxçıvanın o dövr  oturak şəhər mədəniyyətini yaratmışlar.
5. Ərazidə adı çəkilən tayfaların adlarını yaşadan etnooykonimlər və onlardakı əski dil elementləri m.ö. IV-III minilliyə aid qədim oronimik, oykonimik, antroponimik adlarda qeydə alınmaqla  da bunu sübut edir.
ƏDƏBIYYAT
  1. Alıyev N.Müqəddəs peyğəmbər gəmisi./AMEA NB, Xəbərlər №1, Naxçıvan:
    Tusi, 2005, s.39-47
  2.  Bilqamıs dastanı. Bakı:Gənclik, 1985, 104 s.
  3. Доватур А.М., Каллиsтов Д.П., Шишова И.А. Народы нашей sтраны в «Иsтории»    
  4. Дрвнетюркских словрь. М.,1960, 676 с.
  5. Дьяконов И.М. Иsтория Мидии. Моsква: Наука,1956, 485 s.
  6. Дьяконов И.М. Языки древней Передней Азии. М., 1967, 277 s.
  7. Дьяконов И.М.. Ассиро-вавилонские источники по истории Урарту // ВДУ,
      1951. № 2, с. 265-266;
  8. Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, 1991, 312 s.
  9. Фрай Р. Наследие Ирана. М.,1972.
10. Иосиф Флавии.Иудейские древности. / Пер. с греческого Г.Г. Генкеля, т. I,
    СПб., 1900,  716 s.
11.İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
12. Hacıyev İ., Rzayev F. Bir daha «Naxçıvan» sözünün etimologiyası haqqında/Tarix
      və onun problemləri. Bakı.:2007, № 2, s. 303-312.
13. Hacıyev İ., Məmmədov Ş. Naxçıvan və naxçıvanlılar. Bakı:Elm,2001, 280 s.
14. Kramer S.N. Tarix Şumerdən başlanır. Bakı:Kazımi, 2009, 280 s.
15. Геродот. История. Ленинград: Наука, 1972, 599 с.
16. Гейбуллаев Г.А. К этногенезе азербайджанцев. Т. I, Баку: Элм, 1991, 548 s.
17. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 278 s.      18. Грантовская Э.А. Раняя история иранских племен Передней Азии. Москва: Наука,  
      1974, с.84
19. Qumilyev L. N. Qədim türklər. Bakı:Gənclik,1993, 536 s.
20. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. B., 1977., s. 20
21.Мифы народов мира. Москва: Сов. Энсиклопедия. I, 1987, 671 с.
22. Мифы народов мира. Москва: Сов. Энсиклопедия. II, 198 7, 719 с.
23. Paxamоv E.A. О sassanitskix mоnetnıx znakax. DAN Azerb SSR, 1945, № 1. s. 45
24. Плутарх. Избранные жизноопиsания. Пер. s древне-гречsкого Томашевsкой М.
      т. 2, М: Правда, 1990, 608 s.
25. Радлов В.В. Опыт sловаря тюркsких наречий, т. I, ч. I, Моsква: Гоsиздат, 1897, 676 s.
26. Радлов В.В. Опыт sловаря тюркsких наречий, т. II, ч. I, Моsква: Гоsиздат, 1898, 639 s.
27. Радлов В.В. Опыт словаря тюркских наречий, т. IV, ч.II,¬ ¬Москва:Госиздат, 1911, 2230 c.      
28. Rzayev F.H. Qədim Şərur oykonimlərinin mənşəyi. Bakı: Nurlan, 2006, 242 s.
29. Rzayev F.H. Naxçıvan, Nuh tufanı, tarixi faktlar və ermənilərin növbəti oğurluğu
      //   NDU, Xəbərlər, № 17, NDU, Naxçıvan:Qeyrət, 2005, s. 6-14.
30. Севортян Э.В. Этимологический словарь тюркских языков, т.I, Москва:Наука, 1974, 777 s.  
31. Страбон.  География в 17 книгах. Перевод, статья и комментарий Г.А. Стратановского.
      М: Наука, 1964, 941 с.
32. Шихаб ад-Дин Мухаммад ан-Наsави. Жизниопиsание sултана Джалал–ад- Дина
     Манкбурны. Баку: «Элм» 1973, 450 s.     
33. Yusifov Y. B. Qədim  şərq tarixi. Bakı: Bakı Universitet, 1993, 496 s.
34. Всемирная история. Т I., Москва: Госизд., 1956, 746 с.
35. Всемирная история. Т II., Москва: Госизд., 1956, 899 с.
36. http://www.chronologia.org/xpon5/17.html.     
37. http://www.hapiru.ru/Text3-3.html.