Yaşar Rəhimov. Rus mənbələri Naxçıvan şəhərinin tarixi haqqinda.

Çap

Yaşar Rəhimov
AMEA Naxçıvan Bölməsi

RUS MƏNBƏLƏRI NAXÇIVAN ŞƏHƏRININ TARIXI HAQQINDA

Azərbaycan tarixşünaslığında yeni istiqamət alan Naxçıvan tarixinin öyrənilməsi tarix elmi qarşısında duran mühüm problemlərdəndir. Hələ keçmiş Sovet hakimiyyəti zamanında erməni və gürcü tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmaqla Azərbaycanın ayrı-ayrı bölgə və şəhərlərini özlərinin torpaqları kimi qələmə verməyə çalışmışlar. 

Bu sahədə “daha irəli gedən” erməni tarixçiləri tarixi həqiqətlərə uyğun gəlməyən əsərlər yazmışlar. Bu baxımdan Azərbaycanın ayrı-ayrı şəhərlərinin tarixinin tədqiqi müasir dövrdə mühüm elmi əhəmiyyət kəsb edir. 
   Naxçıvan Muxtar Respublikası Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Naxçıvan şəhərinin özü isə bizim ən qədim şəhərlərimizdən biridir. Bu yazıda əlimizdə olan rus mənbələrindəki materiallar əsasında Naxçıvan şəhərinin keçmişinə ekskurs etmək fikrinə düşdük. Bütövlükdə Naxçıvan bölgəsinin, o cümlədən Naxçıvan şəhərinin tarixi dəfələrlə tədqiqatçıların diqqətini cəlb etmişdir. Naxçıvan şəhərinin mövqeyi, ərazisi, yaranması, onun tarixi keçmişi, iqlimi, əhalisi, məhəllələri və s. məsələlələrlə bağlı rus tarixçilərinin, tədqiqatçılarının, araşdırıcı və səyyahlarının əsərlərində zəngin məlumatlar əldə etmək mümkündür.
     Azərbaycanın səfalı və dilbər guşələrindən olan Naxçıvanımız özünün zəngin və qədim tarixi, coğrafi mövqeyi, qiymətli abidələri və mühüm ticarət əhəmiyyətinə görə Rusiyanın qabaqcıl ziyalılarının-tarixçilərin, etnoqrafların, iqtisadçıların, diplomatların, səyyahların nəzər-diqqətini cəlb etmişdir. Naxçıvan Rusiya tərəfindən işğal edildikdən (1828) sonra yeni torpaqlarda əvvəllər mövcud olan qayda-qanunu və vəziyyəti öyrənmək məqsədilə çarizm öz məmurlarına həmin yerləri yazılı surətdə təsvir etməyi tapşırmışdı. Rusiyanın qabaqcıl ziyalıları-tarixçilər, etnoqraflar, iqtisadçılar, diplomatlar, dövlət xadimləri tez-tez Naxçıvana gəlirdilər. Onların içərisində V.Qriqoryev, mənşəcə fransız olan İ.Şopen, diplomat A.S.Qriboyedov, qafqazşünaslardan S.P.Zelinski, N.Engelqart, N.Nikiforov, A.Dekonski,  K.A.Nikitin və b. da var idi. İşğal olunmuş ərazilərdə özünün idarə sistemini daha etibarlı şəkildə qurmağa çalışan müstəmləkəçi Rusiya Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın öyrənilməsinə xüsusi önəm veriridi. Rus məmurlarının, ziyalılarının, araşdırıcılarının müstəmləkəçilik baxımından tərtib etdikləri sənədlər, arayışlar, toplular, məktublar, təsvir və təqvimlər hazırda Naxçıvan şəhərinin tarixi üçün əhəmiyyətli mənbələrdir. Həmin mənbələrdə və digər müxtəlif nəşrlərdə Naxçıvan şəhərinin tarixinə dair çoxlu məlumatlar vardır. Naxçıvan şəhərinin tarixinin bir çox problemləri Rusiya tərəfindən işğal zamanı və işğaldan bir qədər sonrakı dövrdə rus müəllifləri tərəfindən yazılmış əsərlərdə əks olunmuşdur.
    Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvan haqqında bu rus mənbələrində əksini tapmış məlumatlardan aydın olur ki, Naxçıvan əyalətinin əsas şəhəri sayılan Naxçıvan öz coğrafi mövqeyinə görə Qarabağ dağlarının axırıncı aşırımının kənarında, Araz çayından təxminən 8 km şimala doğru, 39 və 40 dərəcə şimal en dairəsi ilə 63 və 64 dərəcə uzunluq dairəsi arasında yerləşərək, şimal tərəfdən Şıxmahmud kəndi ilə, şərq tərəfdən Şəkərabad kəndi ilə, cənub tərəfdən Tumbul-Yamxana kəndləri ilə, qərb tərəfdən isə Əliabad və Xok mahalı ilə həmsərhəddir. Şəhərin özünün əhatə dairəsi 6 verst (verst-1, 0668 km-ə bərabər ölçü), şəhərə məxsus torpaq sahələri ilə birgə 17 verstdir. Bu sahələrdən istifadə üçün münasib olan və suvarılan ərazilərin 350 xalvarı hər il əkilir. Şəhərin su ilə təmin edilməsi Naxçıvançaydan şəhərə çəkilmiş  və şəhəri iki eyni hissəyə ayıran arx ilə həyata keçirilir. İ. Şopen öz əsərində yazırdı ki, Naxçıvan şəhərinin əhalisi içmək üçün iki bulağın və bir quyunun suyundan istifadə edirdi (7, s.478). Fransız mənşəli bu rus müəllifinin 479-cu səhifədə yazdığına görə “Naxçıvan şəhərində yalnız bazar ətrafındakı sahə rəsmi meydan hesab olunurdu. Digər boş yerlərdə buğda və bu kimi dənli bitkilər, habelə tütün əkilirdi. Burada həmçinin bostan və tərəvəz bitkiləri də əkilirdi”.
      Rus mənbələrində Naxçıvan şəhəri haqqında bir neçə əfsanə də öz əksini tapmışdır. Həmin əfsanələrin birində göstərilir ki, Naxçıvan şəhəri “Ermənistanın qədim şəhərlərindən biridir”. Ermənilər qeyd edirlər ki, daşqın zamanı Nuhun gəmisi məhz Naxçıvanda sahilə yan alıb və Naxçıvanda Nuh peyğəmbər gəmisindən düşərək torpağa ayaq basıb. Rus mənbələrində buna sübut olaraq Naxçıvan şəhərinin adının mənası  “pervoe pristanişe”, yəni ilk enmə, ilk qədəm qoyma” kimi göstərilir. Əvvələn, maraqlıdır, görəsən hansı dildən tərcümə edəndə bu məna alınır? İkincisi, hesab edək ki, Nuh peyğəmbərin gəmisi Naxçıvanda dayanıb, yəni torpağa yan alıb və Nuh məhz Naxçıvanda gəmidən düşüb torpağa qədəm qoyub və Naxçıvan sözünün mənası “pervoe pristanişe”, yəni ilk enmə, ilk qədəm qoyma mənası verir, amma heç bəlli deyil hansı dildən tərcümə edəndə bu məna alınır və bunun ermənilərə nə aidiyyəti var? Nuhun gəmisinin Naxçıvanda dayanması, onun Naxçıvanda torpağa qədəm qoyması o deməkdirmi ki, Naxçıvan Ermənistanın qədim şəhəridir? Bəlkə Nuh peyğəmbər də erməni olub, bizim xəbərimiz yoxdur? Çox məntiqsiz qondarmadır təbii ki, məntiqsizdir, çünki qondarma heç bir məntiqə söykənmir. Bütün amillər məntiqə söykənərək fakt ilə ölçülür. Fakt isə az deyil və bunlar tarixi mənbələrə istinad edir.
    İlk dəfə Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi qeyd edən yunan alimi K.Ptolemey Naxçıvan şəhərinin adını dünyanın yeddi böyük şəhəri ilə bir sırada çəkmişdir. K.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə məlumat verərək yazırdı: “Rəvayətə görə, əfsanəvi tufandan sonra Ağrı dağı Nuh peyğəmbəri gəmisi ilə birlikdə qəbul emişdir. Hətta Nuh peyğəmbərin Naxçıvandakı duz karxanalarında fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. Nuh Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan götürülmüşdür” (2, s.109-142). Bundan başqa, əsatirlərdə Nuh peyğəmbərin Naxçıvan şəhəri ətrafında üzüm bağları salmasına dair məlumatların olması da bu ərazidə məskunlaşmadan sonrakı təsərrüfat həyatının mövcudluğunu təsdiqləyən faktdır (2, s.110-111).
    “Naxçıvan əyalətinin statistik təsviri” (1833) kitabının müəllifi V. Qriqoryev 66-cı səhifədə bildirir ki, ərəb işğalı zamanı Naxçıvan türk mənşəli İran hökmdarı Bəhram Çubin tərəfindən əsası qoyulmuş beş şəhərdən biri idi. Bu fikir 1836-cı ildə Sankt-Peterburqda nəşr edilmiş digər bir rus mənbəsində (3, s.329) təsdiq edilir. Tarixdə bu adlı bir hökmdarın olması o qədər inandırıci deyil. Ehtimal etmək olar ki, söhbət İran hökmdarı Bəhram Gurdan gedir. Fikrinə davam edən rus müəllifi V. Qriqoryev şəhərdə vaxtilə 40 min evin olması haqqında məlumat verir. Naxçıvan şəhər əhalisini vergi ödəyənlər və vergidən azad olanlar olmaqla iki əsas qrupa bölən bu rus müəllifi şəhərdəki Xan evi, şəhərin məhəllələri və şəhər bazarı haqqında ətraflı məlumat verir (1, s.68-69). Yeri gəlmişkən Naxçıvan şəhər bazarı üstü qamışla örtülmüş kiçik daş dükanlardan ibarət olmuşdur. Bir rus mənbəsində  (3, s.332) rus işğalına qədər şəhər bazarının çox kiçik, ucuz və sadə olduğu bildirilir.  
    Naxçıvan şəhərinin tarixinin bir çox problemlərini əks etdirən rus mənbələrindən biri də K.A.Nikitinin 1882-ci ildə nəşr edilmiş “Naxçıvan şəhəri və Naxçıvan qəzası”  (Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar” məcmuəsi) adlı məqaləsidir. Məqalənin başlanğıcında Naxçıvan şəhərinin mövqeyi, tarixi abidələri, Nuh peyğəmbərlə, dünya tufanı, Nuhun gəmisi haqqındakı əfsanə və rəvayətlərdə Naxçıvanın özünəməxsus yer tutması təsvir olunmuşdur. Əcnəbi müəlliflərə (Lazar Cəhrinskiyə, coğrafiyaşünas Həmdullah Qəzviniyə, Stefan Orbelianiyə) istinadən Naxçıvan şəhərinin əsasının b.e.ə. 1539-cu ildə qoyulduğunu qeyd edən rus müəllifi  K.Nikitin bildirir ki, Naxçıvan şəhəri müxtəlif şərq xalqlarının rəvayətlərində izləri qalan  və Bibliyada yazılan bəşər tarixinin və onunla birlikdə böyük dünyəvi hadisələrin baş verdiyi bir mövqedə yerləşmişdir. 6-cı səhifədə göstərilir ki, 610-cu ildə Bizansda hakimiyyətə gələn imperator II İrakli Sasanilərə qarşı yürüşdə Sasani hökmdarı II Xosrova qarşı döyüşdə Naxçıvan qalasını dağıtmışdır. Bundan başqa, digər Bizans imperatoru II Vasili (975-1025) Vaspurakan vilayəti ilə birlikdə Naxçıvanı da yandıraraq dağıtmışdır. XIII əsrdə monqollar şəhəri qarət etmiş, XIV yüzillikdə (1360-cı ildə) türk sultanı Muradın, həmin əsrdə Teymurun oğlu Miranşahın hakimiyyəti altına keçmişdir. Bütün bu hadisələr Naxçıvan şəhərinin tənəzzülünə səbəb olmuşdur. Şəhər əldən-ələ keçmiş, yerli əhali qarətə, köləliyə və ölümə məruz qalmışdı. Rus müəllifi K.Nikitin yazırdı ki, hər dağıntıdan sonra bu şəhər əvvəlki görkəmi ilə olmasa da, əfsanəvi simurq quşu kimi yenidən dirçəlirdi. O, XVIII və XIX əsrlərə özünün əvvəlki zənginliyi və gözəlliyini tamamilə itirmiş bir şəhər kimi daxil olmuşdur. Özünün keçmiş ticarət şöhrətini itirmiş Naxçıvan şəhərində əhalinin sayı 150 mindən 6 minə enmişdir. 10 fevral 1828-ci ilə qədər İran dövlətinin tabeliyində olmuş, ancaq Türkmənçay müqaviləsindən sonra Rusiyaya birləşdirilmişdir. 
   Naxçıvan şəhəri haqqında rus mənbələrində əksini tapmış məlumatlardan aydın olur ki, hələ qədim dövrlərdən bəri Naxçıvan şəhəri 4 məhəlləyə bölünmüşdü. Bu məhəllələr aşağıdakılar olmuşdur: 1.Əlixan; 2.Şahab; 3.Qurdlar; 4.Sarbanlar.  Sonralar vəziyyət dəyişilərək bu 4 məhəlləyə digər məhəllələr  də əlavə edilmiş və ümumilikdə əvvəlki 4 məhəllə ilə birlikdə 13 məhəllə yaranmışdır. Onların adlarına fikir verək: 1.Sarbanlar məhəlləsi; 2.Erməni məhəlləsi (bu məhəllə ermənilərin Naxçıvana köçürülməsindən sonra tələsik salınmışdır-Y.R.); 3.Oruc məhlə; 4.Köhnə qala; 5.Xoşulu; 6.Əlixan; 7.Çaparxana; 8.Zililyar; 9.Bilici; 10.Şahab; 11.Xoy; 12.Qala; 13. Uzun divar (7, s.477). Göründüyü kimi, Naxçıvan şəhərində yeni erməni məhəlləsi Gülüstan müqaviləsinin (1813) imzalanmasından sonra ortaya çıxmışdır. Bu da izah ediləndir, çünki ruslar ermənilərin İran və Türkiyədən kütləvi şəkildə bu torpaqlara köçürülməsinə məhz bu zaman başlamışdılar. Lakin ruslar ermənilərin kütləvi köçürülməsi prosesinə Türkmənçay müqaviləsinin (1828) imzalanmasından sonra daha diqqətlə yanaşırdılar, çünki ermənilərin kütləvi köçürülmələri rus imperiyasının o vaxt müstəmləkə siyasətinin əsasını təşkil edirdi.  Göründüyü kimi, şəhərdə ermənilərin adı ilə bağlı nə varsa, hamısı sonradan peyda olmuşdur. Təbii ki, belə də olmalıdır, çünki ermənilər Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvan şəhərinə sonradan rus hakimiyyəti tərəfindən  İran və Türkiyədən məqsədyönlü şəkildə köçürülmüşdür. Ruslar bu siyasətin yanlış bir iş olduğunu bir az sonra-ermənilər onlar üçün başağrısı yaratmağa başlayanda anlasalar da artıq gec idi.
    Bütün amillər fakt ilə ölçülür. Köçürülmə ilə bağlı cəmi bir faktı göstərək. V.Qriqoryevin məlumatına görə, çox qısa bir vaxt ərzində Naxçıvan əyalətinə köçürülmüş 2551 erməni ailəsindən 2285 ailə Naxçıvan mahalında, 266 ailə isə Ordubad mahalında yerləşdirilmişdir. Təbriz, Marağa, Xoy, Urmiya və Səlmas ərazilərindən köçürülmüş ermənilər Naxçıvan şəhərində, əyalətin Naxçıvan mahalının 43 azərbaycanlı kəndində, Ordubad mahalının isə 4 kəndində yerləşdirilmişdir (1, s.125-127). Bu faktlar XIX əsrdə guya Naxçıvan əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi barədə uydurmaları bir daha təkzib edir və şəhərin əzəli türk torpağı olduğunu təsdiqləyir. Müxtəlif çirkin üsul və vasitələrlə Naxçıvan iddiasında olan erməni işğalçıları bu rus müəlliflərinin kitablarının cəmisi 3-4 səhifəsini vərəqləsələr Naxçıvan şəhərini erməni torpağı elan etməklə nə qədər yanıldıqlarını başa düşərlər.
     V.Qriqoryevin, İ.Şopenin, K.Nikitinin, V.Sısoyevin, K.Smirnovun və başqa rus müəlliflərinin əsərlərində Naxçıvan şəhərinin tarixinə aid olan məlumatlar xüsusi maraq doğurur. Həmin məlumatların bu gün aktuallıq kəsb etdiyini və mühüm elmi əhəmiyyətə malik olduğunu nəzərə alaraq bəzi məlumatlar verməyi məqsədəuyğun hesab edirik. Rus mənbələrinin təhlilindən aydın olur ki, XIX yüzilliyin əvvəllərində Naxçıvan şəhəri özünün əvvəlki gözəlliyini itirmişdi. Birinci və ikinci Rusiya-İran müharibələri dövründə şəhər güçlü dağıntıya məruz qalmışdı. XVII əsrin axırlarında Naxçıvanda iki min ev olduğu halda, XIX əsrin əvvəllərində şəhərdə cəmi yeddi yüz ev qalmışdı (1, s.67-68). İ.Şopen Naxçıvan şəhərinin xarici görünüşündən bəhs edərək yazırdı: “Naxçıvanın görünüşü qəddarlıqla zəbt olunmuş şəhəri xatırladır. Şəhərdəki dəhşətli dağıntılar içərisində uçurulmuş evlər, ensiz dar küçələr cəhənnəmə bənzəyir. Bəzi yerlərdə palçıqdan hörülmüş divarların üzərində quşlar yuva salmışdır” (7, s.478). Rus müəllifi K.Nikitin də bu fikirlərə demək olar ki, tərəfdar olmuşdur. O, özünün “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsinin 121-ci səhifəsində yazırdı: ”Naxçıvanın xarici görünüşü İran şəhərlərini xatırladır. Bütün evlər hündür palçıq divarlarla əhatə olunmuş və birmərtəbəlidir. Küçələr dar, əyri və natəmiz olduğundan şəhər həddindən artıq miskin görünür. Küçələr əyri olduğundan nə qədər də gəzsən də, hündür divarlardan başqa heç nə görməzsən. Meşə olmadığından evlərin hamısı palçıqdan düzəldilmiş kərpiclərdən hörülmüşdür. Ümumiyyətlə, burada ağacdan tikilmiş evlərə rast gəlmək mümkün deyil”. Naxçıvan şəhəri haqqında rus tarixçisi V.M.Sısoyevin də fikirləri vardır. Şəhər haqqında və onun qədimliyi barədə tarxçi V.Sısoyev belə yazırdı: “Naxçıvan çox qədim şəhərdir. Şəhər X əsrə qədərki dövrdə salınmışdır. Bəlkə də daha qədimdir. Onun sonrakı tarixini qısa sözlərlə belə izah etmək olar. Hər 200-300 ildən bir şəhər özülünə qədər dağıdılırdı. Ancaq hər dəfə yenidən bərpa edilirdi” (5, s.89). Bu dövrdə Naxçıvanda “...adi və memarlıq baxımından sadə, Asiya üslubunda tikilmiş dörd məscid var idi. Şəhər əhalisinə üç hamam xidmət edirdi: Şıxəlibəy, Fəzli və Mirzəəli hamamları”.
      Rus müəllifi K.A.Nikitinin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində XIX əsrin sonlarında Naxçıvan şəhərində istifadə edilən çəki (dolya, nuxud, misqal, bisti, çərək, batman, xarvar və s.), ölçü (mşkan, ponza, siya, çərək, batman) və uzunluq vahidləri (qrek, siya, ağac və s.) haqqında məlumat verilir. Həmin çəki, ölçü və uzunluq vahidlərinin müasir dövrdə maraq doğurduğunu nəzərə alıb, onların bir neçəsinin miqdarını göstərməyi məqsədəuyğun hesab edirik. Nuxud=3,698 dolyaya (dolya-44 milliqrama bərabər rus çəki ölçüsü), misqal=28 nuxuda, stil=50 misqala və ya 1400 nuxuda, bisti=800 misqala və ya 1400 nuxuda, çərək=4 bistiyə, batman=4 çərəyə, xarvar=25 batmana bərabər idi. 
      Beləliklə, Naxçıvanda gördüklərini öz əsərlərində əks etdirən rus elm adamları, tarixçiləri və araşdırıcılarının bir qismi Naxçıvan haqqında daha ətraflı məlumat əldə etmək məqsədilə yazılı mənbələrə müraciət etmişlər. Lakin onların Naxçıvan şəhəri haqqında verdikləri bütün tarixi məlumatları və göstərdikləri faktları tənqid süzgəcindən keçirmədən, yəni olduğu kimi qəbul etmək heç də düzgün olmazdı. Bu məlumatların içərisində elmi əhəmiyyət kəsb edən faktlarla yanaşı, əsassız fikirlərə və reallıqdan uzaq olan yanlışlıqlara da təsadüf edirik. Fikrimizcə, bu cür səhvlər rus müəlliflərinin yerli xalqın dilini bilməməsi və öz şəxsi ictimai-sinfi maraqlarından irəli gəlmişdir. Başqa sözlə desək, Naxçıvanımızın tarixinin müəyyən məsələləri rus müəlliflərinin müəyyən siyasi-ideoloji maraqlarına uyğun şəkildə yazılırdı. Bundan başqa, rus müəlliflərinə bələdçilik edən ermənilər  (xatırladaq ki, onlar şəhərə köçürülənlər idi-Y.R.) fakt və hadisələrin mahiyyətində dərinə getmir və onlar öz əsərlərini erməni və ermənipərəst tərcüməçilərin verdikləri məlumatlar əsasında yazırdılar. Rus mənbələrində tərcüməçi və bələdçilərin qeyri-obyektiv fikirlərinə kor-koranə istinadlar vardır. Ermənipərəstliyi, müəyyən təhrif və çatışmazlıqları istisna etməklə rus mənbələri Naxçıvan şəhəri və Naxçıvan bölgəsinin tarixini öyrənmək baxımından qiymətli və əvəzsiz mənbələrdir.   
                         ƏDƏBİYYAT
1. Григорьев В.Г. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, 263 с.
2. Никитин К. А. Город Нахичевань и Нахичеванский уезд/  СМОМПК, Вып.2, Тифлис, 1882, 142 с.
3. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топографическом и финансовом отнощениях. Ч.IV, СПб., 1836, 401 с.
4. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: «Озан», 1999, 156 с.
5. Сысоев В.М. Нахичевань на Араксе и древности Нах. АССР (отчет о поездке летом 1926 г.). Известия «Азкомстарис»а, выпуск 4 (тетрадь 2). Баку, 1929, с. 87-121.
6. Сысоев В.М. Древности Нахичеванской АССР. Отдельный оттиск из 4-го выпуска Известии «Азкомстарис»а. Баку, 1928, стр.123-215.
7. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединение к Российской империи. СПб., 1852, 1231 с.

Azərbaycan tarixşünaslığında yeni istiqamət alan Naxçıvan tarixinin öyrənilməsi tarix elmi qarşısında duran mühüm problemlərdəndir. Hələ keçmiş Sovet hakimiyyəti zamanında erməni və gürcü tədqiqatçıları tarixi həqiqəti saxtalaşdırmaqla Azərbaycanın ayrı-ayrı bölgə və şəhərlərini özlərinin torpaqları kimi qələmə verməyə çalışmışlar.  Bu sahədə “daha irəli gedən” erməni tarixçiləri tarixi həqiqətlərə uyğun gəlməyən əsərlər yazmışlar. Bu baxımdan Azərbaycanın ayrı-ayrı şəhərlərinin tarixinin tədqiqi müasir dövrdə mühüm elmi əhəmiyyət kəsb edir.  