Yekun iclas

Çap

21.07.2011 - “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpozium internetdə canlı yayımlanmışdır

 

4Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun 7-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncam imzalamış, iyul ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Sərəncamın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmiş, simpoziuma yüksək səviyyədə hazırlıq işləri görülmüşdür.
2011-ci il iyulun 21-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək demişdir: Bu gün Azərbaycanın qədim torpağı olan Naxçıvanda çox mühüm elmi və tarixi əhəmiyyət kəsb edən beynəlxalq forum-“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium öz işinə başlayır.
Beynəlxalq simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktoru, akademik Yaqub Mahmudov “Naxçıvan: ən qədim yaşayış məskəni”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev “Naxçıvanın ilkin şəhər mədəniyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti”, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Remi Berton “Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar”, Amerika Birləşmiş Ştatları Pensilvaniya universitetinin əməkdaşı, dosent-doktor Lauren Ristvet “Oğlanqalada Azrbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)”, Turkiyənin İstanbul universitetinin professoru, tarix elmləri doktoru Oktay Bəlli “Mədəniyyətin beşiyi Naxçıvan” və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko “Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti” mövzularında məruzə etmişlər.
Beynəlxalq simpozium “nakhchivan.az” internet sayıtında canlı yayımlanmış, 8 ölkədən 534 internet istifadəçisi bu sayta müraciət etmişdir. Bu, keçirilən beynəlxalq simpoziuma olan ciddi marağın daha bir göstəricisidir.
Beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirəcək, mövzu ilə bağlı məruzələr və çıxışlar dinləniləcək, elmi müzakirələr aparılacaqdır. İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada beynəlxalq simpoziumun yekun iclası olacaqdır.
   
Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

Türk Dilli Haber Ajansları Birliyi

 

"Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda beynəlxalq simpozium keçirilir

 

Naxçıvan, 22 iyul (AzərTAc). Muxtar respublikanın paytaxtında "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda beynəlxalq simpozium açılmışdır.
AzərTAc xəbər verir ki, simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitablardan ibarət sərgiyə baxmışlar. Məlumat verilmişdir ki, 1996-cı ilə qədər Naxçıvan barədə cəmi 40-dək kitab çapdan çıxdığı halda, son 15 ildə bu mövzuda 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmişdir.
Sonra simpozium öz işinə başlamışdır.
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda Beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək dedi ki, beynəlxalq simpozium Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi bir günün ərəfəsində keçirilir. 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Moskvadan vətənə - Naxçıvana qayıtması bir tərəfdən Naxçıvanı Azərbaycan ərazisi kimi qoruyub saxladısa, digər tərəfdən milli mənəvi dəyərlərə, xalqımızın unudulmaqda olan ənənələrinə qayıdışa, tarixi yaddaşın bərpasına şərait yaratdı.
V.Talıbov bildirdi ki, 1996-cı il iyulun 10-da Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş "Uluslararası qaynaqlarda Naxçıvan" mövzusunda beynəlxalq simpoziumundan ötən 15 ildə xeyli iş görülmüş, ümummilli liderin tövsiyələrinə uyğun olaraq, Naxçıvan barədə qədim qaynaqlar, tarixi mənbələr tədqiq edilmiş, 8 beynəlxalq elmi forum keçirilmiş, 1185 tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 50-yə yaxın tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmışdır. Xarici ölkələrin aparıcı elmi müəssisələri mütəxəssislərinin də iştirakı ilə Naxçıvanın tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparılmış, ekspedisiyalar təşkil olunmuş, çoxsaylı əsərlər nəşr edilmişdir.
Ali Məclisin sədri beynəlxalq simpoziumun öz qarşısında bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuş Naxçıvanın tarixinin ən qədim dövrünə dair elmi baxışların və nəticələrin sistemləşdirilməsi, vahid elmi fikrin formalaşdırılması kimi konkret məqsəd qoyduğunu bildirmişdir.
Beynəlxalq simpoziumda Azərbaycanın və xarici ölkələrin nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin iştirakının elmi forumun uğurla keçəcəyinə, qarşısına qoyduğu məqsədə çatacağına əsas yaratdığını bildirən V.Talıbov simpoziumda müzakirələrin səmərəli olacağına əminliyini söyləmişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Naxçıvan: ən qədim yaşayış məskəni", akademiyanın müxbir üzvü Vəli Əliyevin "Naxçıvanın ilkin şəhər mədəniyyəti", Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin "Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti", Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı dosent Remi Bertonun "Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar", ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşı dosent Lauren Ristvetin "Oğlanqalada Azərbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)", İstanbul Universitetinin professoru Oktay Bəllinin "Mədəniyyətin beşiyi Naxçıvan" və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, professor Vitali Otroşenkonun "Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti" mövzularında məruzələri dinlənilmişdir.
Beynəlxalq simpozium "nakhcivan.az" internet sayıtında canlı yayımlanmış, 8 ölkədən 534 internet istifadəçisi bu sayta müraciət etmişdir.
İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada simpoziumun yekun iclası olacaqdır.

 

Azərbaycan xəbərləri
“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium keçirilir

22.07.2011

 

Muxtar respublikanın paytaxtında “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium açılmışdır. Simpoziumun iştirakçıları əvvəlcə Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitablardan ibarət sərgiyə baxmışlar. Məlumat verilmişdir ki, 1996-cı ilə qədər Naxçıvan barədə cəmi 40-dək kitab çapdan çıxdığı halda, son 15 ildə bu mövzuda 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmişdir. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək dedi ki, beynəlxalq simpozium Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi bir günün ərəfəsində keçirilir. Xarici ölkələrin aparıcı elmi müəssisələri mütəxəssislərinin də iştirakı ilə Naxçıvanın tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparılmış, ekspedisiyalar təşkil olunmuş, çoxsaylı əsərlər nəşr edilmişdir. İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada simpoziumun yekun iclası olacaqdır.

 

Mədəniyyət qəzeti
Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil olunub
27.07.2011

 

“Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium çərçivəsində Ordubad rayonundakı Gəmiqaya abidəsinə beynəlxalq elmi ekspedisiya təşkil olunub. Ekspedisiyada ABŞ, Ukrayna, Fransa və digər ölkələrdən tarixçilər iştirak edib.
   İştirakçılar əvvəlcə bu ərazidəki qayaüstü rəsmlərlə tanış olublar. Burada simpoziumun səyyar iclası keçilib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev beynəlxalq simpoziumun əhəmiyyətindən danışaraq qeyd edib ki, Naxçıvan ən qədim mədəniyyətin daşıyıcıları olan tarixi abidələri ilə məşhurdur. Belə abidələrdən biri də xalqımızın tarixən bu torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksidir.
   Sonra digər iştirakçılar beynəlxalq elmi simpoziumun bütövlükdə dünya tarix elminə gətirəcəyi yeniliklərdən danışıblar. Çıxışlarda “Gəmiqaya” tarixi abidəsinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin vacibliyi də vurğulanıb.

 

Respublika qəzeti
23.07.11 | “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium keçirilir

 

Naxçıvan, 22 iyul (AzərTAc). Muxtar respublikanın paytaxtında  “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium açılmışdır.
Simpoziumun iştirakçıları əvvəlcə  Naxçıvanın ilk yaşayış yerləri və ilk şəhər mədəniyyəti mövzusunda yazılmış kitablardan ibarət sərgiyə baxmışlar. Məlumat verilmişdir ki, 1996-cı ilə qədər Naxçıvan barədə cəmi  40-dək kitab çapdan çıxdığı  halda, son 15 ildə bu mövzuda 700-dən artıq kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmişdir.
Sonra simpozium öz işinə başlamışdır.
Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq simpoziumun açılışı münasibətilə iştirakçı və qonaqları təbrik edərək dedi ki, beynəlxalq simpozium Azərbaycan xalqının taleyində mühüm rol oynayan tarixi bir günün ərəfəsində keçirilir. 1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Moskvadan vətənə - Naxçıvana qayıtması bir tərəfdən Naxçıvanı Azərbaycan ərazisi kimi qoruyub saxladısa, digər tərəfdən milli mənəvi dəyərlərə, xalqımızın unudulmaqda olan ənənələrinə qayıdışa, tarixi yaddaşın bərpasına şərait yaratdı.
V.Talıbov bildirdi ki, 1996-cı il iyulun 10-da Naxçıvan tarixinin öyrənilməsinə həsr olunmuş “Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda beynəlxalq simpoziumundan ötən 15 ildə xeyli iş görülmüş, ümummilli liderin tövsiyələrinə uyğun olaraq, Naxçıvan barədə qədim qaynaqlar, tarixi mənbələr tədqiq edilmiş, 8 beynəlxalq elmi forum keçirilmiş, 1185 tarixi abidə öyrənilərək pasportlaşdırılmış, 50-yə yaxın tarixi abidədə bərpa və yenidənqurma işləri aparılmışdır. Xarici ölkələrin aparıcı elmi müəssisələri mütəxəssislərinin də iştirakı ilə Naxçıvanın tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparılmış, ekspedisiyalar təşkil olunmuş, çoxsaylı əsərlər nəşr edilmişdir.
Ali Məclisin sədri beynəlxalq simpoziumun öz qarşısında bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olmuş Naxçıvanın tarixinin ən qədim dövrünə dair elmi baxışların və nəticələrin sistemləşdirilməsi, vahid elmi fikrin formalaşdırılması kimi konkret məqsəd qoyduğunu bildirmişdir.
Beynəlxalq simpoziumda Azərbaycanın və xarici ölkələrin nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin iştirakının elmi forumun uğurla keçəcəyinə, qarşısına qoyduğu məqsədə çatacağına əsas yaratdığını bildirən V.Talıbov simpoziumda müzakirələrin səmərəli olacağına əminliyini söyləmişdir.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun  “Naxçıvan: ən qədim yaşayış məskəni”, akademiyanın müxbir üzvü Vəli Əliyevin “Naxçıvanın ilkin şəhər mədəniyyəti”, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin “Naxçıvan şəhərinin tarixi: elmdə atılmış addımlar, dərinliklərə doğru baxış və kompleks yanaşma zərurəti”, Fransa Araşdırmalar Mərkəzinin əməkdaşı dosent Remi Bertonun “Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar”, ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşı dosent Lauren Ristvetin “Oğlanqalada Azərbaycan-Amerika qazıntıları (2008-2011-ci illər)”, İstanbul Universitetinin professoru Oktay Bəllinin “Mədəniyyətin beşiyi Naxçıvan” və Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, professor Vitali Otroşenkonun “Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti” mövzularında məruzələri dinlənilmişdir.
Beynəlxalq simpozium “nakhcivan.az” internet sayıtında canlı yayımlanmış, 8 ölkədən 534 internet istifadəçisi bu sayta müraciət etmişdir.
İyulun 23-də Ordubad rayonundakı Gəmiqayada simpoziumun yekun iclası olacaqdır.

 

Beynəlxalq simpoziumun yekun iclası Gəmiqayada keçirilmişdir

 

Naxçıvan tarixinin öyrənilməsi, əsaslı tədqiq edilməsi sahəsində görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun 7-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncam imzalamışdır. İyulun 21-də beynəlxalq simpoziumun açılışı olmuşdur. Bu tədbirdə Azərbaycandan 30, o cümlədən Bakıdan 10, eləcə də dünyanın bir sıra ölkələrindən–Türkiyə, İran, Amerika Birləşmiş Ştatları, Ukrayna və Fransadan 13 tarixçi alim  iştirak etmişlər.
       Beynəlxalq simpozium ikinci gün öz işini bölmələrdə–“Naxçıvan diyarı bəşər sivilizasiyasının ilk beşiklərindən biri kimi”, “Naxçıvan: İlkin şəhər mədəniyyətinin yarandığı yer”, “Naxçıvanın arxeoloji abidələri” və “Naxçıvan mədəniyyəti və əlaqələri” mövzularında davam etdirmiş, məruzələr və çıxışlar dinlənilmiş, elmi müzakirələr aparılmışdır.
       Simpoziumun yekun iclası isə Ordubad rayonundakı Gəmiqayada keçirilmişdir. Əvvəlcə iştirakçılar bu ərazidəki qayaüstü rəsmlərlə tanış olmuşlar. Yekun iclasını giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq beynəlxalq simpoziumun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Naxçıvan ən qədim mədəniyyətin daşıyıcıları olan tarixi abidələri ilə məşhurdur. Belə abidələrdən biri də xalqımızın tarixən bu torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksidir.
       Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın tarixinin, soykökünün öyrənilməsi sahəsində ötən əsrin 70-ci illərində aparılan elmi araşdırma və tədqiqat işləri davam etdirilmişdir. Gəmiqaya abidəsinin tədqiqinə hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır. Bunun nəticəsi idi ki, 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə burada tədqiqat işləri aparılmış, bir sıra elmi materiallar çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamından sonra bu abidənin öyrənilməsi sahəsində işlər daha mütəşəkkilliklə davam etdirilmişdir. Hazırda qədim mədəniyyətimizin və tariximizin bir çox sahələri ölkəmiz müstəqillik qazanandan sonra yaranmış reallıqlar baxımından araşdırılır və tədqiq edilir. Bu baxımdan ciddi elmi-tədqiqat işlərinin aparılmasını zəruri edən sahələrdən biri də qayaüstü rəsmlərin, qədim yazı təsvirlərinin öyrənilməsidir. “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusundakı beynəlxalq simpoziumun üçüncü günündə yekun iclasın Gəmiqayada keçirilməsi də dünya miqyasında tarixi abidələrimizin tanıdılması məqsədinə xidmət edir.
       Sonra simpozium iştirakçılarından AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Bakı Dövlət Universiteti Arxeologiya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev,  Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Türkiyənin Ankara Universitetinin professoru Aliyə Öztan, Ukrayna Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko və başqaları çıxış edərək beynəlxalq elmi simpoziumun bütövlükdə dünya tarix elminə gətirəcəyi yeniliklərdən danışmışlar. Xarici ölkələrdən gələn alimlər simpoziumun yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə, göstərilən qonaqpərvərliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmiş, “Gəmiqaya” tarixi abidəsinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin vacibliyini vurğulamışlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov simpoziumun yekun iclasında iştirak etmişdir.

 

Beynəlxalq simpozium ilk yaşayış və şəhərsalma yeri ilə bağlı məsələlərə
kompleks elmi yanaşmanın əsasını qoydu

 

Naxçıvan ərazisi ilk insan məskənlərindən biridir. Qədim daş dövründən başlayaraq insanlar bu ərazidə yaşamış, zəngin mədəniyyət yaratmışlar. Son illər aparılan elmi tədqiqatlar, arxeoloji qazıntılar ilkin şəhər mədəniyyətinin də məhz bu ərazidə meydana gəldiyini sübut edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamında qeyd olunduğu kimi: “Əlverişli iqlim şəraiti, gözəl təbiəti, əkin üçün yararlı torpaqları, həmçinin əhəmiyyətli coğrafi mövqedə yerləşməsi insanların Naxçıvan ərazisində məskunlaşmasına şərait yaratmışdır. Eramızdan əvvəl IV-I minilliklərə aid olan Gəmiqaya abidəsi, həmçinin III-I minilliklərə aid Əshabi-Kəhf dini və tarixi memarlıq kompleksi bu ərazinin ilkin məskunlaşma, eləcə də zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, ilkin şəhər mədəniyyəti də məhz bu ərazidə meydana gəlmiş, bölgənin ən iri yaşayış məskəni olan Naxçıvan 5 min il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır”. Ali Məclis Sədrinin Sərəncamı ilə keçirilən “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium ilk yaşayış və şəhər mədəniyyətinin inkişaf etdiyi yer kimi Naxçıvan tarixinin öyrənilməsi və tədqiq olunmasında yeni mərhələnin başlanğıcıdır.
       Beynəlxalq simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşması ilə bağlı çox mühüm elmi nəticələr əldə olunmuşdur. Qeyd edək ki, simpoziumda Azərbaycandan 30, o cümlədən Bakı şəhərindən 10, eləcə də dünyanın bir sıra ölkələrindən–Türkiyə, İran, Amerika Birləşmiş Ştatları, Ukrayna və Fransadan 13 tarixçi alim iştirak etmişlər.
       “Şərq qapısı” qəzeti redaksiyası mövzunun aktuallığını nəzərə alaraq  “Dəyirmi masa” təşkil etmişdir. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərlinin və Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor Əlövsət Quliyevin iştirak etdikləri “Dəyirmi masa”da beynəlxalq simpoziumun əhəmiyyəti, bu tədbirdə əldə olunan elmi nəticələr barədə ətraflı bəhs olunmuşdur.
       Tural Səfərov–“Şərq qapısı” qəzetinin Baş redaktoru: “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilən Beynəlxalq Simpozium Naxçıvan tarixinin öyrənilməsində, tədqiq edilməsində, indiyədək təhrif olunmuş həqiqətlərin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edən forum kimi dünyanın elmi ictimaiyyətinə çatdırıldı. Simpozium haqqında təəssüratlarınızı bilmək maraqlı olardı...
       İsa HƏBİBBƏYLİ–Naxçıvan Dövlət Universitetinin rektoru, akademik: Hər şeydən əvvəl qeyd etməyi lazım bilirəm ki, müstəqillik dövrünün əsas məqsədləri sırasında milli kimliyin, mənəvi özünüdərkin dərindən ön mövqeyə çəkilməsi prosesinin inkişaf etdirilməsi xüsusi yer tutur. Əlbəttə, həmin proses bəşəri, dünyəvi düşüncə ilə üzvi əlaqə zəminində inkişaf etdirilməlidir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 7 iyun 2011-ci il tarixdə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında” imzaladığı Sərəncam Azərbaycanda müstəqillik dövrünün vəzifələrini dünyəvi proseslərlə əlaqəli şəkildə öyrənməyə geniş meydan açan tarixi sənəddir. Ölkələr və xalqlar ilk məskunlaşma proseslərini yaxın, oxşar şəkildə keçirmişlər. Doğrudur, bu prosesdə coğrafi amillərlə, etnik mahiyyətlə bağlı müəyyən fərqliliklər də mövcud olur. Bununla belə Naxçıvanda ilk yaşayış və şəhərsalma yerlərinin  öyrənilməsinə diqqət yetirmək geniş mənada həm də dünyanın sübh çağını araşdırmağa meydan açmaq deməkdir.
       Dünyanın bir parçası olan Naxçıvanın daş dövründən, neolit və eneolit mərhələlərindən, tunc erasından dəmir epoxasına qədərki qədim tarixini araşdırıb üzə çıxarmaq,  həm də Azərbaycanşünaslığın ən aktual məsələlərinə işıq salmağa imkan yaradır.
       İsmayıl HACIYEV–AMEA Naxçıvan Bölməsinin sədri, akademik: Simpoziuma qatılan mütəxəssislərin əhatə dairəsinin genişliyi və təqdim olunan elmi məruzələr öz mükəmməlliyi ilə diqqəti cəlb etmişdir. Təqdim olunan məruzələr dünya sivilizasiyasında Naxçıvanın yeri və roluna, ilkin şəhər mədəniyyətinin yaranmasına, Naxçıvanın arxeoloji abidələrinə, Naxçıvan mədəniyyətinə və əlaqələrinə həsr edilmişdir. Simpoziumda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı, proqram xarakterli, dərin məzmunlu və elmi istiqamətverici çıxışı simpozium iştirakçılarının ciddi marağına səbəb oldu.
       Simpozium ən yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir. Xarici ölkə alimləri bu cəhəti dəfələrlə qeyd etdilər. Beynəlxalq simpoziumda dinlənilən 50-yə yaxın elmi məruzə nəzəri səviyyələrinə və elmi əhəmiyyətlərinə görə diqqəti cəlb etdi. Simpoziumdan aldığımız təəssürat çox yüksək səviyyədədir.
       Hacı Fəxrəddin SƏFƏRLİ– AMEA Naxçıvan Bölməsi tarix, Etnoqrafiya və Arxeologiya institutunun direktoru, tarix elmləri doktoru, professor: Fikrimcə, simpoziumda qarşıya qoyulan məqsədə nail olundu: Naxçıvanın ilk yaşayış və şəhərsalma yerlərindən biri olduğu alimlərin yekdil fikri ilə təsdiq edildi. Bu simpozium Azərbaycanın tərkib hissəsi, eyni zamanda bəşər sivilizasiyasının ilkin mərkəzlərindən biri olan Naxçıvan bölgəsinin tarixinin müxtəlif problemlərinin, xüsusilə ərazidə ilk yaşayış məskənlərinin və ilkin şəhər mədəniyyətinin tarixinin öyrənilməsində əldə olunan nəticələrin ümumiləşdirilməsində mühüm rol oynadı.
       Tural Səfərov: Necə düşünürsünüz, Naxçıvanın ilk yaşayış məskənlərindən biri kimi bu elmi  forumda təqdim olunmasını Azərbaycan tarixşünaslığında böyük bir mərhələnin başlanğıcı hesab etmək olarmı?
       İsa HƏBİBBƏYLİ: Məlum olduğu kimi, Naxçıvanın ilk yaşayış məskənlərindən biri olması barədə hələ orta əsrlərdən müəyyən məlumatlar mövcuddur. XIX əsr rus maarifçiləri və tarixçiləri də bu məsələ ətrafında maraqlı, əhəmiyyətli fikirlər söyləmişlər. XX əsr Azərbaycan tarixşünaslığında da Naxçıvandakı ilkin məskunlaşma haqqında elmi mülahizələr mövcuddur. Lakin təəssüf hissi ilə demək olar ki, indiyədək Naxçıvandakı ilk yaşayış yerlərinə, ilkin məskunlaşmaya dair yazılanların hamısını bir yerə toplasaq, cəmi on-on beş səhifəlik, bəlkə də az həcmə malik olan məqalə yarana bilər. Xüsusən, Naxçıvanda Böyük Çöl mədəniyyəti bu vaxtadək sistemli şəkildə öyrənilməmişdir. Bu baxımdan özünəməxsus etnik-coğrafi əlamətlərə malik olan Naxçıvanın Böyük Çölünün ilkin məskunlaşma dövründəki köçəri-oturaq proseslərinə dair bir abzas ciddi yazı tapmaq çətindir. Fikrimcə, Naxçıvan Böyük Çölünü Naxçıvan Bozqırı adlandırmaq daha doğru ola bilər. Naxçıvan Bozqırı landşaftı miqyasında ilkin məskunlaşmanın özünəməxsusluqları kifayət dərəcədə çətin və əhəmiyyətli bir problem kimi ortada durur. Hələlik az-çox haqqında söz deyilən Naxçıvan ərazisindəki ayrı-ayrı  mağara xarakterli məskunlaşma tipidir. Özü də heç bir rabitəsiz, fərdi şəkildə, həm də çox az.
       Düşünürəm ki, Naxçıvanda Böyük Çöl, yaxud Naxçıvan Bozqırında ilkin məskunlaşma prosesləri sanballı bir elmi əsərin, monoqrafik  tədqiqatın mövzusu ola bilər. Beynəlxalq simpozium ilkin yaşayış yeri ilə bağlı məsələlərə sistemli və kompleks elmi yanaşmanın da əsasını qoydu. Bu, çox böyük dönüşdür. Arxeoloji ağırlıqlı, lakin mifoloji, linqvistik, geoloji-coğrafi araşdırmaların üzvi sintezi və vəhdəti qədim tarixin müəyyən edilməsində zəruri şərtdir fikri özünəməxsus çəki qazana bildi.
       İsmayıl HACIYEV: Simpoziumda təqdim olunan elmi məruzələrin bir qismi Naxçıvanın ilk yaşayış məskənlərindən biri olması ilə bağlı idi. Beynəlxalq simpoziumda səsləndiyi kimi, Naxçıvan ərazisində qədim insanlar təqribən 80-100 min il bundan əvvəl yaşamışlar. Çünki hələ Paleolit dövründə Naxçıvan ərazisində qədim insanların yaşaması üçün əlverişli təbii şərait olmuşdur. Tədqiqatçıların fikrincə, Naxçıvan ərazisində qədim insanlar Mustye mədəniyyəti  dövründə (100-35 min il əvvəl) yaşamışlar. Çox maraqlıdır ki, tədqiqatlar genişləndikcə bu dövrün daha qədimə gedə biləcəyini söyləyə bilərik. Naxçıvan ərazisindəki karst mağaralarında yaşayan qədim insanlar Neolit dövründən (9-7-ci minilliklər) başlayaraq I  Kültəpə, Ovçulartəpəsi, Sədərək, Xələc, Şahtaxtı, Nəhəcir və bu kimi yaşayış yerləri salmışlar. Naxçıvanın ilk yaşayış məskənindən biri kimi təqdim olunmasının çox böyük elmi, tarixi və siyasi əhəmiyyəti vardır. Və bunun tarixşünaslığımız üçün də əhəmiyyəti çox böyükdür.
       Hacı Fəxrəddin SƏFƏRLİ: Son vaxtlara qədər elmdə belə bir fikir mövcud idi ki, ibtidai icma quruluşu dövründə Naxçıvan bölgəsində insan yaşamamışdır və burada ibtidai insan məskənləri yoxdur. Ancaq Şərur rayonunun Tənənəm kəndi yaxınlığında yerləşən Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar göstərdi ki, ibtidai insanlar Naxçıvan bölgəsində 80-90 min il bundan əvvəl, Mustye dövründən məskunlaşmışlar. Artıq sübut olunmuşdur ki, Ordubad bölgəsindəki Kilid, Babək bölgəsindəki Daşqala, Culfadakı Ərməmməd mağaraları da qədim insanların sığındığı yerlər olmuşdur. Əlbəttə, bölgədəki qədim insan məskənləri adları qeyd olunan bu mağaralarla məhdudlaşmır. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları son illərdə muxtar respublika ərazisində elmə məlum olmayan yeni mağaralar qeydə almışlar. Heç şübhəsiz ki, bu mağaralarda gələcəkdə aparılacaq arxeoloji tədqiqat işləri Naxçıvanda qədim insan məskənləri haqqında təsəvvürləri daha da genişləndirəcək, insanların Naxçıvanda məskunlaşmasının tarixinin daha qədim dövrlərdən baş verdiyini isbat edəcəkdir. Naxçıvanın əlverişli iqlim şəraiti, mühüm strateji-coğrafi mövqedə yerləşməsi və sair amillər ibtidai insanların burada məskunlaşmasını şərtləndirən səbəblərdəndir. Simpoziumda səslənən fikirlərdən bir daha aydın oldu ki, Naxçıvan həm də ilk yaşayış məskənlərinin yarandığı yerlərdən biri olmuşdur. Alimlər öz çıxışlarında təsdiq etdilər ki, Naxçıvan ərazisində Neolit dövründən başlayaraq ilk yaşayış məskənləri (I Kültəpə, Ovçulartəpəsi, Sədərək, Sirab və sair) meydana gəlməyə başlamışdır. Bütün bunlara əsasən demək olar ki, Naxçıvan ilk yaşayış məskənlərinin meydana gəldiyi yerlərdən biridir və sizin də sualda qeyd etdiyiniz kimi, bu simpozium şübhəsiz ki, Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda tarixi tədqiqatların aparılmasında yeni mərhələnin başlanğıcı olacaqdır.
       Tural Səfərov: Beynəlxalq simpoziumda Naxçıvanın ilkin şəhər mədəniyyəti ilə bağlı hansı elmi nəticələr əldə olundu?
       İsa HƏBİBBƏYLİ: Naxçıvanda şəhər mədəniyyətinə dair böyük  tarixçi alim Osman Həbibullayevin, AMEA-nın müxbir üzvləri Vəli Əliyevin, Qadir Qədirzadənin, Vəli Baxşəliyevin və digərlərinin tədqiqatlarını yüksək qiymətləndirirəm. Bu alimlərin əsərləri böyük zəhmətin, ciddi elmi axtarışların nəticəsidir. Bununla belə ümumən mövcud tədqiqatlardan görünən bundan ibarətdir ki, Naxçıvanda şəhər mədəniyyəti ilə bağlı məsələlərin öyrənilməsində keçid proseslərinə lazım olduğu səviyyədə diqqət yetirilməmişdir. Adama elə gəlir ki, çap olunan sanballı elmi əsərlərin sanki əvvəlinci bir fəsli ixtisar olunmuşdur. Bir qədər obrazlı şəkildə desək, elə bil ki, Naxçıvan Böyük Çölünün yovşanından, yaxud da Naxçıvan Bozqırının alaseyrək otlaqlarından birbaşa boyalı qablara əsaslanan inkişaf etmiş şəhər mədəniyyətinə keçilmişdir. Halbuki,  tarixçilər yaxşı bilirlər ki, bu məqamda proseslərdəki ardıcıllıq pozulmuş kimi görünür. Bizə görə, Naxçıvan Bozqırındakı oturaq mədəniyyətin formalaşmasından sonra ilkin şəhərsalma prosesləri başlanmışdır. İlkin şəhərsalma ilə keramikaya əsaslanan, sənətkarlığın gəlişdiyi inkişaf etmiş şəhər mədəniyyətini eyniləşdirmək olmaz. Nəinki Naxçıvanda, eyni zamanda, dünyanın digər yerlərində də şəhər mədəniyyəti ilkin şəhərsalmadan inkişaf etmiş şəhərə qədər min illərlə ölçülən yol keçmişdir. Amma tədqiqatlarda bu məsələ çox vaxt açıq qalır. Beynəlxalq simpozium ilkin şəhərsalma problemlərini ayrıca olaraq ilk dəfə meydana qoydu. Elmi şəkildə desək, protoşəhər mədəniyyəti məsələsini sistemli öyrənmək zərurəti bizim simpoziumda diqqət mərkəzinə çəkildi. İnanıram ki, bu simpoziumun işığında “Naxçıvanda protoşəhər mədəniyyəti” mövzusunda dissertasiyalar yazan nəsillər meydana çıxacaqlar. Məhz protoşəhər mədəniyyəti nəzəriyyəsi əsasında Naxçıvanda şəhər mədəniyyətinin beş min illik yaşı olduğu qənaətinə gəlmək mümkündür.
       İsmayıl HACIYEV: Beynəlxalq simpoziumda daha çox diqqət yetirilən məsələlərdən biri də ilkin şəhər mədəniyyətinin formalaşması idi. Hələ ötən əsrin 70-ci illərində bu problemə nəzər yetirilmiş, lakin ilkin şəhər mədəniyyətinin yaranması haqqında yekdil qənaət olmamışdır. O dövrün ideoloji təlimləri və siyasi ab-havası buna imkan verməmişdir. Lakin qeyd olunan simpoziumda ayrı-ayrı məruzələrdə göstərilmişdir ki, bəşər tarixində şəhərlərin meydana gəlməsi və inkişafı hər hansı bir cəmiyyətin inkişaf xüsusiyyətləri ilə bağlı olmuşdur. Tarixən şəhərlər inzibati,  hərb və ticarət mərkəzləri kimi meydana gəlmişdir. Lakin şəhərlərin yaranması və inkişafında əsas rolu sənətkarlıq və ticarət oynamışdır. Simpoziumda son illərdə aparılan tədqiqatlar, əldə olunmuş maddi-mədəniyyət nümunələrinə, onların təhlillərinə geniş yer verildi. Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasının beş min ildən artıq yaşı olduğu qənaəti dəfələrlə söylənildi. Bunu xarici ölkə alimlərindən Lauren Ristvet, Vitali Otroşenko, Aliyə Öztan, Remi Berton, Oktay Bəlli, Əlireza Növbəri, Azərbaycan alimlərindən İsa Həbibbəyli, Qüdrət İsmayılzadə, Yaqub Mahmudov,  Abbas Seyidov və başqaları söylədilər. Əslində, beynəlxalq simpoziumun ən böyük uğurlarından biri də elə bu idi.
       Hacı Fəxrəddin SƏFƏRLİ: Naxçıvanda ilkin şəhər mədəniyyətinin 3500-4000 il əvvəl yaranması məsələsi hələ ötən əsrin ortalarında elmi ictimaiyyətin diqqətinə çatdırılmışdır. Həmin vaxt bu ideyanın müəllifi, hazırda AMEA-nın müxbir üzvü olan Vəli Əliyev haqsız tənqidlərə məruz qalsa da, keçən müddət ərzində Naxçıvanda aparılan arxeoloji tədqiqatlar nəinki bu müddəanı təsdiq etdi, hətta göstərdi ki, Naxçıvanda ilkin şəhər mədəniyyəti Naxçıvan şəhərinin timsalında daha qədim zamanlardan yaranmağa başlamışdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə 24-25 aprel 2009-cu ildə Naxçıvan şəhərində keçirilən “Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan” adlı beynəlxalq simpoziumda səslənən fikirləri xüsusilə qeyd etmək lazımdır. Simpoziumdakı çıxışlardan əldə olunan ən mühüm nəticə bundan ibarət oldu ki, Naxçıvan şəhərinin bir yaşayış məskəni kimi əsası Dünya Tufanı zamanı Nuh peyğəmbər və tərəfdarlarının ilk dəfə bu ərazidə quruya çıxması ilə əlaqədar qoyulmuş, Naxçıvan şəhərinin adında məhz bu məsələ (Nuhçıxan-Naxçıvan) dayanmış, yaxınlıqdakı duz mədənlərinin istismarına bu zamanlardan başlanmış, elə həmin vaxtlarda emal mədəniyyəti və alətləri yaranmış, nəticədə yaşayış məskəni mühüm ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdir. Təsadüfi deyildir ki, bu il keçirilən beynəlxalq simpoziumun bölmə iclaslarından ikincisi “Naxçıvan: ilkin şəhər mədəniyyətinin yarandığı yer” adlanırdı. Simpoziumda səslənən fikirlərdən aydın oldu ki, eramızdan əvvəl III-II minilliklərdə təkcə bölgənin ən iri yaşayış məskəni olan Naxçıvanda deyil, o cümlədən Sədərəkdə, Şahtaxtıda, II Kültəpədə və sair yerlərdə də şəhərləşmə prosesi baş vermişdir. Bu yaşayış məskənlərinin bəzisində müdafiə xarakterli qala divarları hörülmüşdür. Məsələn, Şahtaxtı yaşayış məskəni bir neçə cərgə divarla əhatə olunmuşdur. Beynəlxalq simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyəti ilə bağlı əldə olunan ən mühüm nəticə mən deyərdim ki, Naxçıvanda ilkin şəhər mədəniyyətinin 5000 il bundan əvvəl yaranması ilə əlaqədar alimlər arasında yaranan yekdil fikir oldu. İyulun 23-də Gəmiqayada keçirilən yekun iclasda Naxçıvan şəhərinin 5000 il yaşının yaxın gələcəkdə qeyd olunması təklifləri səsləndi.
       Əlövsət QULİYEV–Naxçıvan Dövlət Universitetinin professoru: Düşünürəm ki, yekun iclasda bu məsələ geniş müzakirə olundu, gələcəkdə görüləcək işlər müəyyənləşdirildi.
       Tural Səfərov: Xarici ölkələrdən gəlmiş və ilkin şəhər mədəniyyəti məsələlərinin tədqiqi ilə məşğul olan görkəmli alimlərin bu məsələyə münasibətlərini necə dəyərləndirirsiniz?
       İsa HƏBİBBƏYLİ: Bu, sözün çox gerçək mənasında beynəlxalq simpozium idi. Amerika və fransız alimlərinin Naxçıvanda ilkin məskunlaşma və şəhər mədəniyyəti haqqında simpoziumda səslənən tezislərində arxeoloji tapıntılar nəzəri qiymətlərlə müşayiət olunurdu. Xüsusən, Naxçıvan Duzdağına dair fransız alimlərinin qənaətləri çox cəlbedici idi. Fransalı alimin Naxçıvan Duzdağından əldə etdiyi materiallar əsasında bu mədənin beş min ildən artıq yaşı olması barədəki fikirləri elmi cəhətdən əsaslandırılmışdı. Ümumiyyətlə, biz də o fikirdəyik ki, Naxçıvan Duzdağı regionda həm ilkin məskunlaşmanın, həm də protoşəhərin bünövrəsini təşkil edə bilər. Əsaslı axtarışlara ciddi ehtiyac vardır. Duzdağ Naxçıvanın Troyasıdır. Açılmalıdır.
       Bundan başqa, Türkiyədən olan həmkarlarımız Araz hövzəsi mədəniyyəti məsələsini önə çəkirdilər. Doğrudur, Kür-Araz mədəniyyəti anlayışı beynəlxalq elmi mühitdə qəbul olunmuş standartdır. Bəlkə Kür-Araz mədəniyyəti çərçivəsində Araz hövzəsi mədəniyyəti haqqında düşünmək olar. Yaxud da, bəlkə Araz hövzəsi mədəniyyəti də XXI əsrin diqtəsi kimi meydana çıxan yeni məsələdir? Mövcud bölgülərə, təsnifatlara yenidən baxmaq olmazmı?! Beynəlxalq simpozium qlobal səviyyədə qəbul olunmuş ölçülərə, meyarlara, miqyaslara yenidən baxa bilməsi ilə beynəlxalq forum standartı qazanır. Hər halda, Beynəlxalq Naxçıvan Simpoziumu Araz hövzəsi mədəniyyəti tipini səsləndirdi. Düşünməyə dəyər.
       Ukrayna Respublikasının Dövlət mükafatı laureatı, tarix elmləri doktoru, professor Vitali Otroşenkonun Gəmiqaya rəsmləri əsasında Naxçıvanda köçəri və oturaq mədəniyyət, bu zəmində protoşəhər haqqındakı təhlilləri yeni elmi model təqdim edirdi. Vitali Otroşenkonun Gəmiqaya səfəri zamanı qayaüstü təsvirlərdə ilk dəfə olaraq öküz rəsmi tapıb qeydə alması Naxçıvanda ilkin şəhərə, protoşəhərə aparan oturaq əkinçilik mədəniyyəti ilə bağlı əsaslı müddəalar irəli sürməyə zəmin yaratdı.
       Dünyanın müxtəlif ölkələrindən gəlmiş görkəmli alimlərin Azərbaycan alimlərinin, xüsusən də Naxçıvanda yaşayıb-çalışan elm adamlarının tədqiqatlarının yüksək elmi səviyyəsinə verdikləri böyük qiymət qürurverici hadisə idi. Bu, artıq Azərbaycan elminin Naxçıvan məktəbinin formalaşmaqda olduğunu göstərir.
       İsmayıl HACIYEV: Qeyd etdiyimiz kimi, xarici ölkə alimlərinin fikri bu idi ki, Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının tarixi 5 min ildən artıqdır. Bunun üçün elmi əsaslar var. İndiki Naxçıvan şəhəri ərazisindən, şəhərətrafı yerlərdən tapılmış maddi-mədəniyyət nümunələri bunu deməyə əsas verir. Ukraynadan olan professor Vitali Otroşenko, türkiyəli alimlərdən Oktay Bəlli, Aliyə Öztan, ABŞ-dan olan Lauren Ristvet, fransalı Remi Berton, iranlı Əlireza Növbəri və başqalarının ümumi fikri bundan ibarətdir ki, Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının tarixi 5 min ildən artıqdır. Alimlərin fikrincə, maldarlıqla məşğul olan tayfaların birliyi, maldarlığın, metallurgiya istehsalının ön plana çəkilməsi, maldar tayfalar tərəfindən yeni ərazilərin mənimsənilməsi, ticarət və sənətkarlığın artması, duz çıxarılması və yayılması bu ərazidə ilkin şəhər sivilizasiyasından  xəbər verir.
       Hacı Fəxrəddin SƏFƏRLİ: Beynəlxalq simpoziumda Azərbaycan alimləri ilə yanaşı, Türkiyədən, Ukraynadan, ABŞ-dan, Fransadan və İrandan 13 nəfər tarixçi alim də iştirak edirdi. Əlbəttə, bizim üçün əcnəbi alimlərin bu məsələ ilə bağlı fikirləri daha maraqlı idi. Həmin alimlər, xüsusilə Naxçıvanda arxeoloji tədqiqat aparan ABŞ, Fransa və Türkiyə alimləri qazıntılar zamanı əldə etdikləri maddi-mədəniyyət nümunələrinə əsaslanaraq Naxçıvanda ilkin şəhər mədəniyyətinin qədim zamanlardan yaranması fikrində olduqlarını bildirdilər. ABŞ alimlərinin fikrindən məlum oldu ki, eradan əvvəl III-II minilliklərdə Naxçıvan şəhərindən başqa bölgənin bir sıra yerlərində də şəhərlər yaranmışdır. Məsələn, Şərur bölgəsindəki Oğlanqala e. ə. II minillikdə şəhər statusu daşımış və ətraf əraziləri əhatə edən kiçik dövlətin paytaxtı olmuşdur.
       Əlövsət QULİYEV: Beynəlxalq simpoziumda mənim üçün ən yadda qalanı türk, ingilis və  fransız alimlərinin məruzələrində qeyd olunan məsələlər idi. Xüsusilə fransalı Katerina Marronun “Dünyanın ən qədim duz mədəni: -Duzdağda arxeoloji tədqiqatlar” mövzusundakı çıxışı onu deməyə əsas verir ki, Duzdağ ətrafinda olan sivilizasiyanın ən azı 7 min illik tarixi vardır. Arid (quraq) iqlimə malik Naxçıvan diyarında həmişə su problemi olmuşdur. Çünki qədim sivilizasiya yerlərindən biri olan Naxçıvanda həyatın inkişafı burada su məsələlərini həll etmədən mümkün deyildir.
       Naxçıvanın su sistemləri, kəhrizləri və onların üzərində olan abidələri xalqımızın tarixi keçmişi, yaşayış tərzi, etnogenezi, etnoqrafiyasının öyrənilməsi üçün mühüm mənbədir. Onların tədqiqi bir çox tarixi gerçəkliyin dəqiqləşdirilməsinə, qaranlıq mətləblərin işıqlandırılmasına imkan verir.
       Duzdağ ətrafı kəhriz sistemlərinin  yaşının müəyyən edilməsi Naxçıvanın qədim yaşayış məskəni olmasına əsaslı  sübut ola bilər. Çünki Araz və Naxçıvan çayından qismən aralıda yerləşən, 7 min il tarixə malik Duzdağ duz mədənində duz əldə edən sivilizasiyalar məhz kəhriz sistemi olmadan inkişaf edə bilməzdilər.
       Tural Səfərov: Dünya mədəniyyətinin beşiyi olan Naxçıvanda 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” adlı Beynəlxalq simpoziumdan ötən illər ərzində təşkil olunmuş 8 simpozium bir sıra məsələlərə aydınlıq gətirib. Növbəti simpozium kəmiyyət və keyfiyyətcə Azərbaycanşunaslığın əsas tərkib hissəsi kimi Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələdir. Bu baxımdan nələrə aydınlıq gətirmək istərdiniz?
       İsa HƏBİBBƏYLİ: Beynəlxalq simpozium Naxçıvanşünaslığın geniş mənada Azərbaycanşünaslığın əsas, zəruri istiqamətlərindən biri olduğunu dünya elmi ictimaiyyətinin diqqətinə çatdırdı. Hesab edirəm ki, Naxçıvanşünaslıq həm də qədim dünya tarixinin də açarıdır.
       İsmayıl HACIYEV: 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu Naxçıvan tarixinin öyrənilməsində xüsusi bir mərhələ təşkil edir. İlk dəfə Naxçıvan tarixi bütün yönləri ilə tədqiqata cəlb edildi, tarixi qaynaqlara istinad olundu. Bəlli oldu ki, dünyanın müxtəlif arxivlərində, muzeylərində, elmi mərkəzlərində, Naxçıvanın tarixi, mədəniyyəti ilə bağlı xeyli sayda materiallar mövcuddur. Ondan sonrakı illərdə keçirilən 8 simpozium Naxçıvan tarixinə aydınlıq gətirdi, yeni-yeni materiallar dövriyyəyə daxil edildi, Naxçıvanın qədim, orta əsrlər, yeni və ən müasir tarixi barədə araşdırmalar aparıldı, maraqlı kitab və monoqrafiyalar nəşr edildi. Bu beynəlxalq simpoziumun əvvəlkilərdən ən mühim fərqi ondan ibarətdir ki, burada Naxçıvanın qədim yaşayış yerləri, arxeoloji abidələri və ilkin şəhər mədəniyyətinin formalaşmasına diqqət yetirildi. Əslində bunlar Naxçıvan tarixinin əsasını təşkil edir, sonrakı tarix də bu zəmin üzərində yaranıb. Ona görə də bu beynəlxalq simpozium Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələdir. Bunun çox böyük elmi, tarixi və siyasi əhəmiyyəti vardır. Bununla həm də məkrli düşmənlərimizə  layiqli cavab verilir. Əsassız iddiaların nə qədər yalan və uydurma olduğu üzə çıxır. Naxçıvan diyarının ən qədim sakinləri indiki əhalinin ulu ata-babaları olmuşlar, yaradılan mədəniyyət onlara məxsusdur.
       Tural Səfərov: Beynəlxalq simpoziumun açılışının Naxçıvan şəhərində, yekun iclasının isə Gəmiqayada keçirilməsi sizcə nəyi ifadə edir?
       İsa HƏBİBBƏYLİ: Gəmiqaya dünyanın möcüzəsidir. Təxminən 40 il əvvəl Gəmiqaya rəsmlərindən təsviri  sənət nümunəsi kimi bəhs olunurdu. Bir az sonra Gəmiqaya piktoqramları ideyası meydana çıxdı. XXI əsrdə Gəmiqaya-Qobustan Əlifba sistemi barədə elmi tədqiqatlar yaranmışdır. Fikrimcə, Gəmiqaya təsvirləri bütöv bir mətndir. Hər qayaüstü süjet bu böyük mifoloji abidənin bir səhifəsidir. Həzrəti Nuh peyğəmbərin əfsanəvi səfərindən sonra ilkin məskunlaşma Gəmiqayadan, buradakı Dünya tufanı hadisəsi ilə səsləşən Nəbi yurdundan, Qaranquş yaylağından, Xəzər obasından başlanmışdır. Naxçıvan şəhərinin əsasını qoyduğu ehtimal edilən Naxçı tayfası əslində Nuhçu tayfası deməkdir. Naxçıvan Nuhçıxandır. Naxçıvan şəhərində başlanan elmi tədbirin Gəmiqayada tamamlanması həmin bütövlüyün təsdiqi deməkdir.
       “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” Beynəlxalq Simpoziumu Naxçıvan şəhərinin beş min illik tarixi barədəki mülahizələri böyük elmin yüksək səviyyəsinə qaldırması ilə tarixə çevrildi.
       İsmayıl HACIYEV: Beynəlxalq simpoziumun Naxçıvan şəhərində keçirilməsində heç bir qeyri-adilik yoxdur. Lakin yekun iclasın Gəmiqaya tarixi-etnoqrafik abidədə, 3000-3500 metr yüksəklikdə, açıq havada, əcdadlarımızın gələcək nəsillərə ünvanladığı piktoqrafik işarələr, təsvirli daşlar arasında keçirilməsinin rəmzi mənası vardır. Bu, simpozium iştirakçılarına tariximizin, mədəniyyətimizin nə qədər qədim, zəngin olduğunu əyani şəkildə göstərmək idi. Eramızdan əvvəl V-II minilliyə aid olan Gəmiqaya abidəsində 2 minə qədər daş üzərində həkk edilmiş təsvirlər vardır. Bu həmin dövrdə yaşamış insanların dünyagörüşü, bədii-estetik təfəkkürü, təsərrüfat həyatı və məişət tərzi haqqında məlumatları dəqiqləşdirməyə kömək edir. Çox maraqlıdır ki, Gəmiqayada bir sıra yeni təsvirlər tapıldı. Bunlar xarici ölkə alimlərinin ciddi marağına səbəb oldu. Alimlər bir daha təsdiq etdilər ki, belə qədim yaşayış yerləri ilkin şəhər mədəniyyətinin yaranması üçün əsas rol oynamışdır.
       Hacı Fəxrəddin SƏFƏRLİ: Qeyd etdiyiniz kimi, beynəlxalq simpozium əsas işini Naxçıvan şəhərində başa vursa da, yekun iclas Ordubad rayonundakı Gəmiqaya abidəsində keçirildi. Bunun özü isə xüsusi məna daşıyır. Gəmiqaya abidəsi təsvirlərinin rəngarəngliyi, məna tutumu ilə digər abidələrdən fərqlənir. Həmçinin, digər abidələrlə, o cümlədən Qobustanla müqayisədə buraya gediş-gəliş çox çətindir. Okean səviyyəsindən təxminən 3000-3500 metr yüksəklikdə yerləşən bu abidəyə ancaq ilin iki ayında (iyul-avqust) getmək mümkündür. Ona görə də əcnəbi və yerli alimlərin bu abidəni ziyarət etməsinin dövlət səviyyəsində təşkil olunması çox təqdirəlayiq bir haldır və tarix-mədəniyyət abidələrinin öyrənilməsinə, təbliğ olunmasına dövlət qayğısının parlaq ifadəsidir. Abidəni görən xarici ölkə alimləri öz heyrətlərini gizlətmədilər. Yekun iclasın ən mühüm nəticələrindən biri də bu oldu ki, alimlərin Gəmiqaya tarixi abidəsinin YUNESKO-nun Dünya İrs Siyahısına salınması ilə əlaqədar məsələ qaldırılması haqqında təklifləri səsləndi.
       Əlövsət QULİYEV: Gəmiqayada yekun iclasın aparılması, orada dünyanın məşhur alimlərinin çıxışı, qaya rəsmlərinin təsvirinin əyani şəkildə göstərilməsi - bunlar özlüyündə həqiqətlərin üzə çıxarılmasında yetərli subutdur. Gəmiqayaya gedən dünyanın müxtəlif ölkələrinin tanınmış alimləri bu həqiqətləri öz gözləri ilə gördükləri üçün Naxçıvan sivilizasiyasının qədimliyini təsdiq etməklə yanaşı, həm də bu mədəniyyətin təbliğatçısına çevriləcəklər.
       Tural Səfərov: Dəvətimizi qəbul edib “Dəyirmi masa”da iştirak etdiyinizə və simpoziumla bağlı maraqlı elmi fikirlərinizə görə sizə minnətdarlığımızı bildiririk.