Naxçıvan 5 min il. 26 iyul.

ÇapE-poçt

 

Beynəlxalq simpoziumun yekun iclası Gəmiqayada keçirilmişdir

 Naxçıvan tarixinin öyrənilməsi, əsaslı tədqiq edilməsi sahəsində görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2011-ci il iyunun  7-də “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncam imzalamışdır. İyulun 21-də beynəlxalq simpoziumun açılışı olmuşdur. Bu tədbirdə Azərbaycandan 30, o cümlədən Bakıdan 10, eləcə də dünyanın bir sıra ölkələrindən–Türkiyə, İran, Amerika Birləşmiş Ştatları,  Ukrayna və Fransadan 13 tarixçi alim  iştirak etmişlər.

011

Beynəlxalq simpozium ikinci gün öz işini bölmələrdə–“Naxçıvan diyarı bəşər sivilizasiyasının ilk    beşiklərindən biri kimi”, “Naxçıvan: İlkin şəhər mədəniyyətinin yarandığı yer”, “Naxçıvanın arxeoloji abidələri” və “Naxçıvan mədəniyyəti və əlaqələri” mövzularında davam etdirmiş, məruzələr və çıxışlar dinlənilmiş, elmi müzakirələr aparılmışdır.
    Simpoziumun yekun iclası isə Ordubad rayonundakı Gəmiqayada keçirilmişdir. Əvvəlcə iştirakçılar bu ərazidəki qayaüstü rəsmlərlə tanış olmuşlar. Yekun iclasını giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq beynəlxalq simpoziumun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Naxçıvan ən qədim mədəniyyətin daşıyıcıları olan tarixi abidələri ilə məşhurdur. Belə abidələrdən biri də xalqımızın tarixən bu torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafik abidələr kompleksidir.
    Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın tarixinin, soykökünün öyrənilməsi sahəsində ötən əsrin 70-ci illərində aparılan elmi araşdırma və tədqiqat işləri davam etdirilmişdir. Gəmiqaya abidəsinin tədqiqinə hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır. Bunun nəticəsi idi ki, 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə burada tədqiqat işləri aparılmış, bir sıra elmi materiallar çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali       Məclisinin Sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” ­­2001-ci­­ il 26 aprel tarixli Sərəncamından sonra bu abidənin öyrənilməsi sahəsində işlər daha mütəşəkkilliklə davam etdirilmişdir. Hazırda qədim mədəniyyətimizin və tariximizin bir çox sahələri ölkəmiz müstəqillik qazanandan sonra yaranmış reallıqlar baxımından araşdırılır və tədqiq edilir. Bu baxımdan ciddi elmi-tədqiqat işlərinin aparılmasını zəruri edən sahələrdən biri də qayaüstü rəsmlərin, qədim yazı təsvirlərinin öyrənilməsidir. “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusundakı beynəlxalq simpoziumun üçüncü günündə yekun iclasın Gəmiqayada keçirilməsi də dünya miqyasında tarixi abidələrimizin tanıdılması məqsədinə xidmət edir.
    Sonra simpozium iştirakçılarından AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Bakı Dövlət Universiteti Arxe­olo­giya kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə, Azərbaycan Milli Elmlər­ Akademiyasının müxbir üzvü Vəli Əliyev,  Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Türkiyənin Ankara Universitetinin professoru Aliyə­ Öztan, Ukrayna Elmlər Akademi­yasının şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko və başqaları çıxış edərək beynəlxalq elmi simpoziumun bütövlükdə dünya­ tarix elminə gətirəcəyi yeniliklər­dən­ danışmışlar. Xarici ölkələrdən gələn alimlər simpoziumun yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə, göstərilən qonaqpərvər­liyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmiş, “Gəmi­qa­ya” tarixi abidəsinin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin vacibliyini vurğu­lamış­­lar.­­­ Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov simpoziumun yekun iclasında iştirak etmişdir.

Saytdakı yeriniz: Əsas səhifə SİMPOZİUM Simpozium haqqında Naxçıvan 5 min il. 26 iyul.
Yuxarı qayıt