Qədim yaşayış yerləri

Naxçıvanın orta tunc dövrü mədəniyyəti

ÇapE-poçt

NAXÇIVANIN ORTA TUNC DÖVRÜ MƏDƏNİYYƏTİ

 E.ə. 3-2-ci minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə. 3-cü minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır.

ardını oxu

 

Naxçıvan Kür-Araz mədəniyyəti

ÇapE-poçt

NAXÇIVAN KÜR-ARAZ MƏDƏNİYYƏTİ

 E.ə. 4-3-cü minilliklərdə Naxçıvan ərazisində yayılmış arxeoloji mədəniyyət. Erkən Tunc dövründə qədim Naxçıvan sakinlərinin tarixində əsaslı ictimai-iqtisadi dəyişikliklər olmuş, Eneolit dövründə əsası qoyulan tunc metallurgiyası inkişaf etmiş, maldarlıq əkinçilikdən ayrılmış, xış əkinçiliyi meydana gəlmiş, yaylaq maldarlığı inkişaf etmiş, tayfa ittifaqları yaranmışdır. Iqtisadiyyatın inkişafı və əhalinin artması yeni yaşayış yerlərinin salınmasına səbəb olmuşdur.

ardını oxu

 
 

Naxçıvan eneolit mədəniyyəti

ÇapE-poçt

NAXÇIVAN ENEOLİT MƏDƏNİYYƏTİ

E.ə. 6-4-cü minilliklərdə Naxçıvanda yayılan arxeoloji mədəniyyət. E.ə.6-4-cü minillikləri əhatə edən Eneolit dövründə mis emalının və metalişləmənin əsası qoyulmuşdur. Naxçıvanın mis yataqları ilə zəngin olması və bu ərazidə mis külçəsinə rast gəlinməsi, mis emalının erkən meydana gəlməsi və inkişafı üçün şərait yaratmışdır.

ardını oxu

 
 

Şahtaxtı

ÇapE-poçt

 

ŞAHTAXTI

Kəngərli r-nunun Şahtaxtı k.-indən şm.-q.-də, Asnı çayının sol sahilində hündür təpənin üzərində arxeoloji abidə. Sahəsi 2 ha-dan artıqdır. Abidənin üzərində olan uçub-tökülmüş tikinti qalıqları aşınma nəticəsində tamamilə dağıldığından daş və torpaq yığınından ibarət uzunsov təpəciyi xatırladır. Bəzi yerlərdə aşınma nəticəsində iri daşlardan ibarət hörgülər aşkar olunmuşdur.

ardını oxu

 
 

Xaraba Gilan (Kilan)

ÇapE-poçt

XARABA GİLAN (KİLAN)

 

Ordubad ş. yaxınlığında orta əsr şəhər yeri. 1926–29 illərdə və 1976 ildən tədqiq olunur. Sah. 100 ha-dan çoxdur.

ardını oxu

 
 

Səhifə 1 > 3-dən

Saytdakı yeriniz: Əsas səhifə QƏDİM YAŞAYIŞ YERLƏRİ
Yuxarı qayıt