HACI SƏBUHI İBRAHIMOV
Fəlsəfə doktoru
AMEA NB E-mail:
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
ƏLYAZMALAR NAXÇIVANIN QƏDİM
TARİXİ HAQQINDA
Əlyazma mətnlərdə Naxçıvanın tarixi ilk yaşayış və şəhərsalma yeri kimi demək olar lap qədimlərə gedib çıxır. Naxçıvan tarix boyu özünün şəhərsalma sənətkarları ilə, dünyada məşhur olmuşdur. Memar Əcəmi Naxçıvaninin tikdiyi möhtəşəm abidələr bütün Şərqin nadir sənət inciləri hesab olunur. Naxçıvanda mövcud olan toponimlər bir sıra Şərq əsatirləri ilə bağlıdır. Hətta Naxçıvanın adını belə Nuh peyğəmbərin adı ilə bağlayırlar.
Firudin Rzayev
AMEA Naxçıvan Bölməsinin
filologiya üzrə f.d.
firudinr@yahoo com.tr
NUH ADI İLƏ YARANMIŞ QƏDİM TÜRK
TAYFASI “NAXƏR”LƏR
Miladdan öncə IV-I minilliklərdən bu günədək ümumtürk, Azərbaycan, eləcə də Naxçıvan əhalisinin etnogenezində iştirakı olmuş əski prototürk boylarının adlanma ənənəsi tədqiqat obyektinə çevrilməmiş, tayfa adlarının yaranma səbəbləri, buradakı əsas amillər tam olaraq araşdırılmamışdır. Lakin arxeoloji, etnoqrafik, epiqrafik nümunələr, coğrafi adların etimoloji izahları şəhərin tarixini, adı əmələ gətirən “nax”, “naxç”, tərkibinin bir tayfa adı olmaqla m.ö. VI-V minilliklərə aidliyini sübut edir.
YAŞAR KALAFAT
BEŞBİNİNCİ YILINDA TÜRKOLOĞ GÖZÜYLE NAHCIVAN
“Bir ananın iki oğlu
Bir amalın iki kolu
O da ulu, bu da ulu
Azerbaycan-Türkiye”
“Dünyanın en güzel halklarından biri olan Türk halkının ve dünyanın en güzel dillerinden biri, belki de birincisi olan Türk dilinin, yabancı memleketlerde tanınmasına vesile olabilmek ömrümün en büyük sevinci ve şerefidir. N.H.Tan”
VƏLİ BAXŞƏLİYEV
AMEA Naxçıvan Bölməsi
Email:
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
DƏMIR DÖVRÜNÜN ŞƏHƏRİ
Oğlanqalada 2006-2011-ci illərdə aparılan arxeoloji tədqiqatlar zamanı bu yaşayış yerində e.ə. IX sonu – VIII əsrin əvvəlində inşa olunan sarayın qalıqları, sitadelin müdafiə divarları aşkar olunmuşdur. Müəyyən olunmuşdur ki, Oğlanqala Orta Dəmir dövründə Şərur düzündə yaranan kiçik dövlətin paytaxtı olmuş və yerli tayfalarla ittifaq yaradaraq urartulara qarşı mübarizə aparmışdır. Bu dövlətin özünəməxsus mixi yazısı olmuşdur. E.ə. IV-II əsrlərdə Oğlanqala və onun əhatə etdiyi ərazi Atropatena dövlətinin əsas siyasi mərkəzlərindən biri olmuşdur.
Açar sözlər: Oğlanqala, sütunlu salon, mixi yazı, Atropatena
Maisə xanım Rəhimova
AZƏRBAYCANIN ARXEOLOJİ TƏDQİQATLARINDA NAXÇIVAN ABİDƏLƏRİNİN YERİ
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı tarixi və arxeoloji abidələrlə zəngindir. Daş dövrünə aid qədim insan düşərgələri, neolitdən son tunc dövrünə qədər tarixi-mədəni inkişafin öyrənilməsində etalon abidələr sayılan qədim yaşayış yerləri, şəhər yerlərinin müdafiə tikililəri və memorial abidələr tariximizin bütün dövrlərinin öyrənilməsi üçün əvəzolunmaz informasiya mənbəyidir.
Səhifə 2 > 5-dən